Çıraqlı xalçaları — Vikipediya
Xalça | |
Çıraqlı xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Tam adı | Çıraqlı xalçaları |
Məktəbi | Gəncə xalçaçılıq məktəbi |
Növü | Xovlu xalça |
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Kənd | Çıraqlı |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Gəncə xalçaçılıq məktəbi[1] |
Digər məlumatlar | |
Material | qoyun yunu |
Çıraqlı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[2] Xalçalar adını Gəncə şəhərindən 35 km cənubda yerləşən Çıraqlı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Qazaxça", "Gəncə", "Faxralı", "Şamxor" adlandırırlar. Çıraqlı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Çıraqlı xalçaları əvvəlcə Gəncə şəhərindən 35 km cənubda, hal-hazırda Daşkəsən rayonunun ərazisində yerləşən Çıraqlı kəndində istehsal olunmağa başlamışdır. Çıraqlı xalçaları bir müddət sonra Gəncə zonasının bütün xalçaçılıq məntəqələrində istehsal olunmağa başlayır. Bu xalçalar bəzən "Qazaxça xalçası", "Gəncə xalçası", "Fəxralı xalçası", "Şamxor xalçası" və digər adlarla adlandırılmışdır. Buna səbəb isə xalçanın digər ərazilərdə istehsal olunmağa başlanması olmuşdur.[2]
Bədii analiz
[redaktə | mənbəni redaktə et]Ara sahənin yerliyi göy rəngdədir və ara sahədə bir-birinin ardınca yerləşmiş altıbucaqlı göllərin yerliyi isə qırmızı rəngdədir. Göllərin daxilindəki elementlər qədim Muğan xalçalarının naxışları və həmçinin kilim ornamentləri ilə oxşarlıq təşkil edir. Göllər arasındakı boş sahələr isə rom şəkilli kətabələrlə bəzədilmişdir.[2]
Texniki xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Çıraqlı"xalçaları daha çox uzunsov ölçülərdə toxunur. Ölçüsü kiçik olan xalçalara da rast gəlmək olur.[3] Xovun hündürlüyü 6–8 mm-dir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nasirova S. Gəncə-Qazax xalçaları (ing.). 2002. P. 6–7.
- ↑ 1 2 3 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 120
- ↑ 1 2 3 Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 121