Çapaqcur döyüşü (1387) — Vikipediya

Çapaqcur döyüşü
Qaraqoyunlu Teymuri savaşları
Tarix 1387
Yeri Çapaqcur
Nəticəsi Mütləq Qaraqoyunlu zəfəri
Münaqişə tərəfləri

Teymurilər

Qaraqoyunlular

Komandan(lar)

Mirzə Miranşah

Qara Məhəmməd

Tərəflərin qüvvəsi

30 000

Bilinmir

İtkilər

ağır

bilinmir

Çapaqcur döyüşü — 1387-ci ildə QaraqoyunluTeymurilər arasında baş vermiş müharibə.

Döyüşdən əvvəlki siyasi şərait

[redaktə | mənbəni redaktə et]

1386–1388-ci illər ərzində Teymur Şimali İrana və Azərbaycana yürüşlər təşkil edir. 1386-cı ildə Səmərqəndə yola düşən Teymur əvvəlcə Luristan hakimi Məlik İzzəddin üzərinə yürüş edir. Məlik İzzədini və ailəsini Türküstana sürgün etdikdən sonra ikinci hədəfini gerçəkləşdirmək üçün Azərbaycana yola düşür. Bu ərəfədə Cəlairi Sultanı Əhmədin Təbrizə gəlişi xəbərini eşidir, lakin Cəlairi Əhməd Teymurun da bu bölgəyə səfərindən xəbər tutaraq Bağdada doğru yönəlir. Teymur həmin yazı Təbrizdə keçirdikdən sonra Naxçıvana və Qarsa yürüş edərək bu əraziləri ələ keçirir. Daha sonra Gürcüstan və Şərqi Anadoluya yönələn Teymur burada Avnik, Muş, Van, Əhlət qalalarını ələ keçirir. Teymurun yürüşlərə başının qarışdığı bir dövrdə çoxlu qüvvə toplayan Toxtamış Təbriz üzərinə hücuma keçir. Toxtamışın Təbrizi yağmalaması xəbərini eşidən Teymur da Təbrizə yönəlir. 1387-ci ilin əvvəllərində Teymur Qarabağda olarkən Toxtamış da Dərbəndi keçərək Samur çayı yaxınlığına gəlir.[1] Tərəflər arasında baş verən döyüşdə Toxtamış geri çəkilmək məcburiyyətində qalır. Həmin il Qaraqoyunlular üçün Teymur təhlükəsi meydana gəlir. Teymur Qaraqoyunlu sultanı Qara Məhəmmədi xaç qafilələrinə və ticarət karvanlarına basqınlar etməkdə günahlandırır, lakin bu təbii ki, bəhanə idi. Teymurun hücuma keçməsinin əsl səbəbi Şərqi Anadoluda müstəqil bir dövlətin yaranmasının qarşısını almaq və Qaraqoyunlu türkmənlərini özündən aslı vəziyyətə salmaq idi.[2]

Çapaqcur döyüşü

[redaktə | mənbəni redaktə et]

Tərəflər Ərzurumda Çapaqcur suyu(Ab-ı Çapaqcur) adlanan ərazidə qarşı qarşıya gəlir. Burada qərargah qurdudqdan sonra ordudan 3 divizyanı ayıraraq Qara Məhəmmədin üzərinə göndərir. Bu divizyalardan birinə oğlu Miranşah başçılıq edirdi.[3] Müdafiəyə çəkilən Qara Məhəmmədin üzərinə yürüyən Miranşah çoxlu qənimət əldə edir, lakin Qara Məhəmməd tez bir zamanda geri çəkilərək Çapaqçur çevrəsində keçid və boğazları tutmuş, Teymurun ordusunu darmadağın etmişdir.[4]Bu qalibiyyətdən sonra Qara Məhəmməd Məmlüklərin Malatya naibi Mintaşa sığınır. Teymurun bu məğlubiyyəti ilə bağlı Metsoplu Toma yazır[5]:

" Teymurləng yazda böyük bir ordu ilə Qara Məhəmmədin üzərinə yürüş etdi. O isə bu xəbəri eşidən kimi qaçır. Teymurləng onu izləyərək üstələyir və bir neçə gün sonra Çapaqcur vilayətində ona yetişir. Vəziyyət belə olduqda Qara Məhəmməd öz əsgərlərini Teymurun üzərinə göndərərək onu məğlub edir və onun ordusunun komandanı Lokmakanı da öldürür. Əsgərlərinin isə böyük bir qismini tələf edir. "
  1. Aka, İsmayıl. Timur ve devleti. Ankara: Türk Tarih Kurumu yayınları. 2000.
  2. Turan, Eray. TİMUR’UN YÜKSELİŞİ VE YILDIRIM İLE MÜCADELESİ. Çorum. 2016.
  3. Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  4. "Doğu Anadolu'da Kara Koyunlu- Timurlu Mücadelesi ve Eleşkirt Meydan Muharebesi". 2018-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-28.
  5. Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.