İran Kürdüstanının Demokratik Partiyası — Vikipediya

İran Kürdüstanının Demokratik Partiyası
Loqonun şəkli
Qurucu
Quruluş tarixi 16 avqust 1945
İdeologiya dünyəvilik, kürd milliyətçiliyi[d], sosializm, sosial-demokratiya, Proqressivizm, antiimperializm
Üzvlüyü
Saytı pdki.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


İran Kürdüstanının Demokratik Partiyası və ya Kürdüstan Demokrat Partiyası[2] — İran kürdlərinin siyasi partiyası olub , əsas məqsədi Federal Respublika çərçivəsində kürdlərin milli hüquqlarının qorunmasıdır.

1945-ci il avqustun 16-da Qazi Məhəmməd tərəfindən əsası qoyulmuşdur. 1946-cı il yanvarın 22-də Qazi Məhəmməd Mahabad Cümhuriyyətinin müstəqilliyini elan etdi və prezidenti oldu. 1946-cı il dekabrın 15-də isə yenidən İranın tərkibinə keçdi. Respublika tənəzzülə uğradıldıqdan sonra bütün üzvləri edam edildi və bununla da partiyanın fəaliyyərinə son qoyuldu.

Partiya 1951–1953-cü illər arasında yenidən kuliminasiya yaşadı.

Adlardakı oxşarlığa baxmayaraq İran Kürdüstanının Demokratik Partiyası tayfa əlaqələrini müasirləşdirməyə çalışan, elitist, İraqdakı Kürdüstanın Demokratik Partiyası isə güclü tayfa əlaqələrinə arxalanan partiyadır. İKDP solçu partiyadır və yaradılışının ilk illəri (1945–1946) istisna olmaqla müstəqillik yox, muxtariyyət üçün mübarizə aparıb[3].

  1. http://progressive-alliance.info/2810-2/.
  2. Күрдүстан Демократ Партијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 48.
  3. "Arxivlənmiş surət". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.