İkinci ingilis-holland müharibəsi — Vikipediya
İkinci ingilis - holland müharibəsi (1665-67)- İngiltərə və Hollandiya arasında baş verən ikinci müharibə.
İkinci İngilis Holland Müharibəsi | |||
---|---|---|---|
İngilis - holland müharibələri | |||
| |||
Tarix | 4 Mart 1665 - 31 İyul 1667 | ||
Yeri | Şimal dənizi, İngiltərə və Hollandiya Respublikası; Şimali Amerika və Karib dənizi | ||
Nəticəsi | Hollandiyanın qələbəsi •Breda müqaviləsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşlər
[redaktə | mənbəni redaktə et]İngiltərənin Şimali Amerikada holland müstəmləkəsi olan Yeni Amsterdamı zəbt etməsindən sonra başlandı. 24 yanvar 1665-ci ildə Hollandiya İngiltərəyə müharibə elan etdi. Fransa və(1666-cı ilin fevralından) Danimarka Hollandiyanın müttəfiqləri idi. 11 -14 iyun 1666-ci ildə Dünkerk yaxınlığında admiral Röyterin komandanlığı altında holland donanması ingilisləri darmadağın etdi. Lakin uğur möhkəmləndirilmədi. 4 -5 avqust 1666-ci ildə Nort -Forlend burnu yanında hollandlar məğlub oldular. 1667-ci ilin iyununda holland donanması Temzanın mənsəbini blokadaya aldı və ingilis gəmilərinin bir hissəsini məhv etdi. Birbaşa London üzərindəki təhlükə altında İngiltərə sülh sazişi bağlamağa məcbur oldu. 31 iyul 1667-ci il Bredsk sülhünə görə Yeni Amsterdam İngiltərəyə keçdi, Hollandiya isə müharibə vaxtı ingilislər tərəfindən alınan Cənubi Amerikadakı Surinamı aldı.
Mənbə
[redaktə | mənbəni redaktə et]Советская военная энциклопедия. Военное издательство Министерства обороны СССР. Москва-1976 год. Т.1