Hinduizm — Vikipediya

Hind fəlsəfəsi
bölməsinə aid məqalə
Aum
Məktəblər
Sankhya  · Yoqa  · Nyaya  ·
Vayşeşika  · Mimansa  · Vedanta
(Advayta  · Vişişta-advayta  ·
Dvayta  · Açintya-bheda-abheda)
Filosof və mütəfəkkirlər
Qədim dövr

Valmiki  · Kapila  · Patancali  ·
Qautama  · Kanada  · Caymini  ·
Vyasa  · Markandeya  · Yacnavalkya
Orta əsrlər
Şankara  · Ramanudca  · Madhva  ·
Nimbarka  · Vişnusvami  · Vallabha  ·
Anandavardhana  · Abhinavaqupta  ·
Namdev  · Tukaram  · Tulsidas  ·
Kabir  · Vasuqupta  · Çaytanya
Madhusudana
Müasir dövr

Qandi  · Radhakrişnan  · Vivekananda  ·
Ramana Maharşi  · Aurobindo  · Şivananda  ·
Kumarasvami  · Prabhupada  · Anandamurti

Hind fəlsəfəsi portalı
PrambananYava adasında nəhəng hinduist məbədi

HinduizmHindistan yarımadasında yaşayan yerli əhalinin mənsub olduğu din. Qərblilər bu xalqın dinini ifadə etmək üçün onların daha çox Hind çayının ətrafında yaşamalarını nəzərə alaraq onlara bu cür müraciət etmişlər. Əslində onlar öz dinlərini "Sanatana Dharma" (əzəli – əbədi – din) deyə adlandırırlar. Ehtimal olunur ki, bu dinin tarixi e.ə. 2000-ci ilə qədər gedib çatır. Bu prosesi beş dövrə ayırmaq olar:[1]

  1. Vedalar dövrü (e.ə. 2000-ci il);
  2. Upanişadlar dövrü (e.ə. 800-500);
  3. Klassik dövr (e.ə. 500 – eramızın 500-cü ili);
  4. Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta);
  5. Müasir dövr.

Hinduizm milli dindir. Dünya əhalisinin təxminən 12 %-i bu dinə mənsubdur. Dinin qurucusunun Şri Krişna olduğu ehtimal olunur .

Müqəddəs kitabları

[redaktə | mənbəni redaktə et]

Hinduizmin müqəddəs kitabı, duaları, doqmaları və dini mərasimləri Vedalar adlı kitabda cəmlənmişdir. Vedas Sanskritcə elm deməkdir. Vedalar tarixi e.ə 1000-1400-cü illərə dayandığı qeyd olunur. Eyni zamanda eradan öncə yarandığına görə "Vedalar dönəmi" adlandırılmışdır. Vedaların mətnləri Mantralardan ibarətdir. Mantralar dedikdə dualar nəzərdə tutulur. Nümunə olaraq: Alovun, Günəşin və təbiət hadisələrinin sitayişində oxunan dualardır. Duaların edilməsində məqsəd əsasən bərəkətin çoxalması, məhsuldarlığın artması, günahların bağışlanması və.s kimi mantralar nəzərdə tutulur. Vedalar növlərə görə dörd yerə bölünür:[2]

  1. Riq-Veda
  2. Sama-Veda
  3. Yacur-Veda
  4. Atharva-Veda.

Riqveda tanrıya boyun əymək üçün yazılmış 1017 ilahidən ibarətdir. Hər ilahi 10-a yaxın ayədən təşkil olunmuşdur. İlahilər on kitaba (Mandala) ayrılır. Ən uzun olanı 191 ilahidən ibarət birinci və 43 ilahidən ibarət olan onuncusudur. Riqvedanın digərlərindən fərqi onun yüksək səslə oxunması və burada olan şükür, arzu və bəddua tərzindəki duaları əhatə etməsidir.[2]

Samaveda melodiyalar vedasıdır. Riqvedadan istifadə olunan ayələrdən, müxtəlif mövzulardakı ayələrdən və rahiblər tərəfindən oxunan melodik ilahilərdən olan 3 form halındadır. Qurban zamanı da rahiblər tərəfindən oxunur.[2]

Yacuzveda qurbanla bağlı ilahi formullar vedasıdır. İki yerə ayrılır: Ağ Yacuzveda və Qara Yacuzveda. Bəzi hissələri nəsr şəklində, bəzi hissələri də nəzm şəklindədir. Yavaş səslə oxunulur.[2]

Atharvaveda mistik parçalardan və cadu ilə əlaqəli dualardan ibarətdir. 730 ilahidən ibarət olan adı çəkilən veda brahmanlar tərəfindən oxunulur. Başqa vedalar digər dövrlərdə yazılmışdır.[2]

Hinduizmin müqəddəs mətn kolleksiyasını ümumiyyətlə iki yerə ayırmaq olar:

  1. Şruti (vəhyə dayananlar);
  2. Smriti (Dastan şəklində olanlar).

Brahmanlar, Upanişadlar və Aranyakalar "Şruti"yə, MahabharataRamayana dastanları, Manu Qanunnaməsi, Puranalar "Smriti"yə daxildir.[3]

Kast sistemi Hindistanda yaranmışdır. Yaranmasında məqsəd əhalini təbəqələrə bölünməsi məqsədini daşıyır. Buna görə Hind cəmiyyəti müxtəlif siniflərə ayrılır. Buna kast sistemi deyilir. Kast "Eyni işlə məşğul olan, atadan miras qalan hüquq və vəzifələri və adətləri ilə bir-birinə bərk bağlanan şəxslər qrupu"dur. Kast seçilmir, ata hansı sinifdəndirsə oğul da həmin sinifdəndir. Sistem dörd sinifdən ibarətdir:

  1. Brahmanlar (rahiblər, din adamları)
  2. Kşatriya (hökmdar sülaləsi və döyüşçülər)
  3. Vaisya (tacir və ya ticarətlə məşğul olanlar)
  4. Sudra (qullar, yaşayan ölülər)

Kasta qəbul edilməyən qrupları isə "toxunulmazlar" adı ilə adlandırırlar. Toxunulmazlar qatillər və cinayətkarlar idi. Brahmanlar kast sistemində ən əhəmiyyətli və ən üstün yerə sahibdirlər. Brahmanların vəzifəsi dini ayinləri icra etmək (məs: müqəddəs qurban ayinləri) və müqəddəs bilgilərin qoruyucusudurlar. Onların dini vəzifələri onlar üçün irsi haqqdır. Kast sisteminin fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, yalnız eyni kasta mənsub olanlar evlənə bilərlər və bir süfrə arxasında oturub yemək yeyə bilərlər. İlk üç kast sinfi xüsusi hörmətə sahibdir. 4-cü kast isə, yəni Sudralar digər kastdakıların xidmətçisidirlər.[4]

Hər kastın özünə məxsus yemək yemə ədəbi, geyim qaydaları, nişan və toy mərasimləri vardır. Kast sisteminə qarşı çıxan şəxs bu sistemdən uzaqlaşdırılır və öldürülə bilər.

Hinduizmdə tanrı

[redaktə | mənbəni redaktə et]

Hinduizmə görə bəzisi Tanrını əzabverici bir qüdrət, bəzisi isə onu müqəddəs sevginin qaynağı olaraq hesab edir. Lakin hamısı da eyni nəticəyə gəlib çıxır. Hinduizmdə tanrılar üçləmə daxilində izah olunur. Brahma – yaradıcı, Vişnu – qoruyucu, Şiva – isə yoxedici Tanrıdır. Bu üç tanrı Trimurti üçlüyünə daxildir. Bu dində üçləmə tanrı – aləm birliyi (panteizm) olmaqla təktanrı inancı da var. Məsələn, Riqvedada belə bir cümlə işlənir: "Tanrı birdir. Hakimlər onu müxtəlif şəkillərdə adlandırırlar".[5]

border=none Əsas məqalə: Avatara

Avatara Tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə etmək üçün işlədilir. Sanskrit mənşəli sözdür. Hinduizmdə dini terminlərdən olan Hulül, tanrının tək təzahürü fikrinə qarşıdır. Onlara görə tanrı tarixin hər səhifəsində müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır. Pisliyi yox edir və insanların ehtiyac duyduqları vəzifələri bildirir. Beləliklə bu proses sonsuza qədər davam edəcəkdir. Qurtarıcı tanrı Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkilləndiyi iki önəmli "avatara"sı (yəni, şəxsi) Rama və Krişnadır. Avatara insan heyəti içinə ilahi varlığın daxil olması və pisliyi yox etmək mənasını ifadə edir.

border=none Əsas məqalə: Karma

Karma, bir səbəb-nəticə qanunudur. İnsan keçmişdə nə etmişsə, gələcəkdə də onu görəcəkdir. İnsanın keçmişi onunla qarşı-qarşıyadır. Yaxşıdan yaxşı, pisdən pis olacaqdır. Karma qanunu bir kainat nizamıdır. İnsanın qədərinə (başına gələcək işlərə) təsir edir. Əgər insanın vəziyyəti pisliyə doğru gedirsə, bu onun vaxtilə etdiyi pis əməllərin, yaxşılığa doğru gedirsə etdiyi yaxşı əməllərin qarşılığıdır. Nəticə gözləmə arzusu "Bhaqavat Gita"da rəbb Krişna belə deyir: "Siz, sadəcə vəzifənizi etməklə mükəlləfsiniz. Əgər bir səmərə hasil olursa, onu mənə buraxın".

Hinduizmə görə insan sonu olmayan tənasüh (silsilə reinkarnasiya) zənciri içərisindədir. Buna görə ölüm qorxu vasitəsi deyil. Bir haldan başqa hala keçməkdir. Əgər yaxşı əməl edərsənsə gələcəkdəki həyatını sığortalamış olursan. Yox əgər günahları varsa, bitki və ya heyvan olaraq yenidən həyata qayıtmaqdan qorxursan. Hətta olduğu kast sinifi də onun günahına görədir.

Karma prinsipinə əsaslanan reinkarnasiya ruhun bir bədəndən başqa bir bədənə keçməsidir. Belə bir inanc ölümdən sonra yaşamaq, ruhun bədəndən ayrılması fikrinə dayanır. Hind fikrinin təməlini təşkil edən reinkarnasiya inancı yunanlılarda, Qədim Misirdə, Maniheizmdə rast gəlinən bir düşüncədir.

border=none Əsas məqalə: Yoqa

"Yoqa" sözü Sanskrit dilindən tərcümədə "bağlam, birləşdirmək" deməkdir. İnsanın enerjisini müəyyən məqsədə yönəlməyi hədəfi alan bir üsuldur. Bir növ iradə tərbiyəsi metodudur. Yoqa ilə məşğul olan şəxsə "Yoqi" deyilir. Yoqi, fikrini bir nöqtədə cəmləşdirib, özünü güclü hesab edib təbiət üstü güclərlə münasibət qurmağa çalışır. Bu sistem IV əsrdə Patancalinin Yoqa Sutrasında izah olunmuşdur.[6]

Dini ayin, ibadət və adətləri

[redaktə | mənbəni redaktə et]

Hinduizmdə hər yerdə ibadət etmək olar. Camaat şəklində ibadət yoxdur, fərdidir. Onların inancına görə Tanrı, harda ibadət edirsənsə et, O səni görməkdədir. Ortaq bir ibadət simvolu "Om"dur. Bu digər dinlərdəki zikrə oxşayır. Müqəddəs və sirli söz olaraq qəbul edilir. Hinduizmə görə insan 3 ayrı yoldan qurtuluşa gedə bilər. Birincisi əməllər (yəni qurbanlarla bağlı), ikincisi elm və mərifət (yəni, ilahi həqiqəti tanımaqla), üçüncüsü isə insanın şəxs şəklində canlandırılan bir tanrını sevməsi və özünü ona təslim etməsi ilə olur. Hinduizmdə qurbanlar önəmli yerə sahibdir. Ən böyük qurbanlıq isə "Soma" qurbanıdır. Hinduizm dinində ziyarət edilən 7 müqəddəs yer vardır. Həmin ziyarət məskənlərinin ən məşhuru Benaresdir. Hindlilər ölülərini yandırıb küllərini Qanq çayına tökürlər.[7]

  1. Bəhmən Əliyev-Ayvazalı Hindistan Etnoqrafiyası (mənəvi mədəniyyəti) II "Elm və Təhsil" Bakı-2017 Səh-229
  2. 1 2 3 4 5 "DİNLER TARİHİ" (PDF). auzefkitap.istanbul.edu.tr. 23 aprel 2023 tarixində arxivləşdirilib (PDF).
  3. Hüseyn Tövfiqi “Böyük dinlərlə tanışlıq” – Xəzər Universiteti Nəşriyyatı, Bakı 2013 Səh-50
  4. 5. Tövfiqi Hüseyn “Böyük dinlərlə tanışlıq” – Xəzər Universiteti Nəşriyyatı, Bakı 2013
  5. "DİNLER TARİHİ" (PDF). auzefkitap.istanbul.edu.tr. 23 aprel 2023. 22 aprel 2023 tarixində arxivləşdirilib (PDF).
  6. "रोग और योग" (PDF). mdvtiindia.org. 2013. 23 aprel 2023 tarixində arxivləşdirilib (PDF).
  7. "Hindistan etnoqrafiyası (mənəvi mədəniyyət)" (PDF). anl.az. 23 aprel 2023. 10 aprel 2023 tarixində arxivləşdirilib (PDF).