İnformasiya iqtisadiyyatı — Vikipediya
İnformasiya iqtisadiyyatı–informasiya və biliklərin istehsalı, emalı, saxlanması və yayılmasındakı fəaliyyət nəticəsində daxili məhsulların axınını təmin edən iqtisadiyyat nəzərdə tutulur və bu prosesdə işçilərin yarısından çoxu iştirak edir.
İnformasiya iqtisadiyyatı formalaşmaqda olan informasiya cəmiyyətinin elə proqnozları üçün nəzərdə tutulmuş konsepsiyadır ki, bu proqnozlarda iqtisadiyyatın bütün əsas sahələrinin inkişafı zamanı diqqət rabitənin elektron-informasiya texniki vasitələrinin aparıcı roluna yönəlir.
İnformasiya iqtisadiyyatının istiqamətləri
[redaktə | mənbəni redaktə et]İnformasiya iqtisadiyyatı üç əsas istiqaməti özündə birləşdirir.
- Birincisi, ənənəvi bilik və informasiya (elmi-tədqiqat, təhsil, kütləvi informasiya vasitələri, müxtəlif konsultasiya xidmətləri və s.) sferasıdır.
- İnformasiya iqtisadiyyatının ikinci istiqaməti ənənəvi istehsal və xidmət sahələrinin informasiyalaşdırılmasıdır. Bu sahələr də İKT-nin tətbiqi sayəsində yeni keyfiyyət mərəhələsinə qədəm qoyub və daha səmərəli fəaliyyət göstərir.
- Üçüncü istiqamət isə informasiya iqtisadiyyatının hərəkətverici qüvvəsi sayılır. Bu istiqamətə İKT-nin istehsalı və infrastrukturu, İKT-nin tətbiqi ilə bağlı xidmət sahələri aiddir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Əliquliyev R.M., Mahmudov R.Ş., İnformasiya cəmiyyəti problemləri, №1(7), 2013," (PDF). 2017-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-02-19.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Корнейчук Б.В. Информационная экономика. Arxivləşdirilib 2007-05-21 at the Wayback Machine
- Информационные системы управления предприятием в решении задач контроллинга