İnfraqırmızı şüalanma — Vikipediya
İnfraqırmızı((İQ) ~ en. infrared (IR) ~ ru. инфракрасный (ИК) ~ tr.kızıl ötesi) – elektromaqnit spektrinin görününən qırmızı işıqdan azacıq aşağı tezliklərdə elektromaqnit şüalanması. İnfraqırmızı diapazon ənənəvi olaraq dalğa uzunluqlarına görə dörd qismən ixtiyari kateqoriyaya bölünüb:
- Yaxın infraqırmızı 750 – 1500 nanometr (nm)
- Orta infraqırmızı 1500 – 6000 nm
- Uzaq infraqırmızı 6000 – 40000 nm
- Çox uzaq infraqırmızı 40000 nm – 1 mm
infraqırmızı-şüalanmaya bəzən yüksək temperatur şüalanması (radiasiyası) da deyirlər ki, bu da əslində tam doğru deyil. İQ-şüalanmanı yüksək temperaturun dəriyə təsiri ilə müqayisə etmək olar və buna görə də o, istilik kimi hiss edilir. Lakin bütün obyektlər İQ-diapazonda öz temperaturlarına mütənasib olaraq şüalanırlar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |