İngiliscə Vikipediya — Vikipediya
İngiliscə Vikipediya | |
---|---|
URL | en.wikipedia.org |
Layihənin mahiyyəti | qeyri-kommersiya təşkilatı |
Saytın tipi | onlayn ensiklopediya |
Qeydiyyat | məcburi deyil |
Dil | ingilis dili |
Sahibi | Vikimedia Fondu |
Yaradılma tarixi | 15 yanvar 2001[1] |
Məqalələrin sayı | 6.908.537 (1-ci yer) |
Faylların sayı | 929.243 |
Səhifələrin sayı | 61.812.864 |
Redaktələrin sayı | 1.251.800.926 |
İstifadəçilərin sayı | 48.242.471 |
Aktiv istifadəçilərin sayı | 120.786 |
İnzibatçıların sayı | 853 |
Dərinlik | 1.279,1 |
Vikianbarda əlaqəli mediafayllar |
İngiliscə Vikipediya (ing. English Wikipedia) — Vikipediyanın ingilis dilində olan bölməsidir. Bu günə qədər 6.908.537 məqalə yaradılıb.
18 yanvar 2012-ci il tarixində sayta giriş ABŞ Konqresində müzakirədə olan yeni qanun layihəsinə qarşı etiraz əlaməti olaraq 24 saat müddətinə bağlanılmışdır. Bu barədə saytda aşağıdakı məzmunda müraciət yerləşdirilmişdir:
"Son on il ərzində bəşəriyyətin tarixində ən böyük ensiklopediyanın yaradılmasına milyonlarla saat xərclədik. İndi ABŞ Konqresi azad və açıq internetə ciddi zərbə vura biləcək qanun layihəsinə baxır. Buna diqqəti cəlb etmək üçün, 24 saatlığa Vikipediya veb-saytını bağlayırıq".