İqrar Salamov — Vikipediya
İqrar Salamov | |
---|---|
İqrar Zakir oğlu Salamov | |
Doğum tarixi | |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor |
Mükafatları |
İqrar Zakir oğlu Salamov (5 noyabr 1970) — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
Həyatı
[redaktə | vikimətni redaktə et]İqrar Salamov 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu fakültəsini bitirib. 1993-1995-ci illərdə Şəki Dövlət Dram Teatrında aktyor işləyib. 1996-cı ildən Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorudur. 9 may 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. "Nəğmədir, gülüşdür hər dərdə məlhəm" adlı konsert-tamaşada həm aktyor, həm də müğənni kimi çıxış edir.
1999-cu ildə keçirilən "Milli klassika" festivalında Mirzə Fətəli Axundovun "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" tamaşasındakı dərviş Məstəli şah, 2000-ci ildə keçirilən Festivallar festivalında Üzeyir Hacıbəyovun felyetonlarının motivləri əsasında hazırlanmış "Əyri oturaq, düz danışaq" məzhəkəsində 2-ci aktyor rolları ona böyük şöhrət gətirmişdir.
"Əyri oturaq, düz danışaq" tamaşasının yaradıcı heyəti ilə birlikdə 2002-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Əsas rolları
[redaktə | vikimətni redaktə et]- Ayının min bir oyunu (Sultanməcid Qənizadə) — Dursunəli
- Marqaritka (Arman Salakru) — həkim
- Gözəlləri necə qaçırırlar (Bilal Appayev) — Bəşir
- Xəlifə Leylək (Vilhelm Qauf) — vəzir
- Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur (Mirzə Fətəli Axundov) — Məstəli şah
- Aydın (Cəfər Cabbarlı) — Balaxan
- Ağıllı adam (Firuz Mustafa) — dəli; müstəntiq
- Əyri oturaq, düz danışaq (Üzeyir Hacıbəyov) — 2-ci aktyor
- Sən Qara deyilsən (Əziz Nesin) — Qara
- Şuşa dağlarını duman bürüyüb (Elçin) — İsgəndər Abışov
- Sehirli kreslo (Fridyeş Karinti) — Şandor Siv
- Pənah evi (Ələmdar Quluzadə) — Dəli Cəbiş
- Bayramın birinci günü (Nazim Hikmət) — Şadi bəy
- Millət dostları (Əbdürrəhim bəy Haqverdiyev) — Firudin bəy
2019-cu ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyorudur.
O, Musiqili Teatrda işlədiyi qısa müddətdə “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov) komediyasında Molla, “Beş manatlıq gəlin”də ( S.Rüstəmov, M.S.Ordubadi) El ağsaqqalı, "Sehrli nəğmə"də (D.Hacıyeva, P.Korotıç) Baba, "Balaca Şahzadə"də (A.Sent-Ekzüperi, R.Ağababayev) Əyyaş, "Baladadaşın toy hamamı"nda (Elçin, F. Allahverdi) Əmirqulu, "Kimyagər"də (S.Kərimi, M.F.Axundzadə) Nuxulu və digərlər tamaşalarda yaddaqalan obrazlar yaratmışdır.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Yol yoldaşları (film, 2003)
- QAZ (film, 2005)
- Yoxlama (film, 2006)
- Hərənin öz payı+tayı (film, 2006)-Tamada
- Balqabaq (film, 2007)
- Kəndim+nizə qayıdın!? (film, 2007)
- Qüdsi (film, 2007)
- Müəmmalı yubiley (film, 2007)
- Azarkeş (film, 2008)
- 100000 AZN (film, 2009)(tammetrajlı bədii film)(İTV)
- Teatral həyat (film, 2009)
- Qardaşımdan yaxşısı yox idi (film, 2010)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: molla)
- Sirr (serial, 2012)
- Sübhün səfiri (film, 2012)
- Oğlan evi 2 (film, 2016)
- Bir zamanlar Şəkidə (film, 2017) (ing. The Game) (rol: Hümmət)[1]
- Xalisin arzuları (film, 2018)
- Sən demə (film, 2020)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- ↑ ""CinemaPlus"da "Bir Zamanlar Şəkidə (ing-The Game)" komediya filminin təqdimatı keçirilib". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.