İran qulançarı — Vikipediya

İran qulançarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Volqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.

Əsasən qarışıq meşələrdə, kölgəli və rütubətli ərazilərdə bitir.Sərt şaxtalara dözmür. İstisevəndir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Böyük Qafqazda, Qubada, Şəkidə, Murovda, Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında, Zəngilanda, Naxçıvanda, Gədəbəydə, Zaqatalada, Balakəndə, Lənkəranda meşələrin aşağı yaruslarında rast gəlinir.

Bəzək bağçılığında istifadəsi məqsədyönlüdür.