İsgəndər Quliyev — Vikipediya
İsgəndər Quliyev | |
---|---|
İsgəndər Həsən oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 iyul 1938 |
Doğum yeri | |
Vəfat tarixi | 17 aprel 2024 (85 yaşında) |
Partiya | |
Təhsili |
İsgəndər Həsən oğlu Quliyev (1 iyul 1938, Astara, Artupa – 17 aprel 2024) 2001-ci il yanvarın 7-də 53 saylı Astara seçki dairəsindən deputat seçilmişdir.[1] Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]- 1 iyul 1938-ci ildə Astara rayonunun Artupa kəndində anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə almışdır.
- 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olub.
- 1965-ci ildə ali təhsilini başa vurub.
- 1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlamışdır. Tarix elmləri namizədi, dosentdir.[2]
Vəfatı
[redaktə | mənbəni redaktə et]17 aprel 2024-cü ildə Bakı şəhərində vəfat edib.[3]
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]- 1965–1966-cı illərdə Astara rayonu Səncərli kənd orta məktəbində direktor müavini olub.
- 1966–1968-ci illərdə Astara rayonu, Səncərli kənd orta məktəbində direktor vəzifəsində çalışıb.
- 1970-h/h BDU-da əvvəlcə müəllim, baş müəllim daha sonra dosent vəzifəsində çalışıb.[4]
- 2000–2005-ci illərdə İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.[5]
Yeni Azərbaycan Partiyası üzvü olmuşdur.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Xalq nəzarətinin Lenin prinsipləri.
- Elmi texniki inqilab və gənclər.
Tətifləri
[redaktə | mənbəni redaktə et]2000-ci ildə Şöhrət Ordeni ilə təltif olunub.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Quliyev İsgəndər Həsən oğlu - 53 saylı Astara". Meclis.gov.az. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
- ↑ "BDU-nun dosenti İsgəndər Quliyev". Qafqazinfo.az. 2024-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-07.
- ↑ "Sabiq deputat 86 yaşında vəfat etdi". 2024-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.
- ↑ APA TV. "Sabiq deputat İsgəndər Quliyev vəfat edib" (az.). APA Tv. 17.04.2024. (#archive_missing_date) tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Quliyev İsgəndər Həsən oğlu - Azərbaycan Respublikası Milli Məclisinin deputatı". Meclis.gov.az. 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.