İzzət Rüstəmov — Vikipediya

İzzət Rüstəmov
1994 – 1999
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1932(1932-02-15) (92 yaş)
Doğum yeri
Fəaliyyəti filosof
Uşağı

Təltifləri "Şöhrət" ordeni

İzzət Rüstəmov – Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor, fəlsəfə elmləri doktoru.

İzzət Əşrəf oğlu Rüstəmov 1932-ci il fevral ayının 15-də Gədəbəy rayonunun Şınıx mahalının Düz-Rəsullu kəndində anadan olub. 1961-ci ildə "Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşləri" mövzusunda namizədlik, 1972-ci ildə "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri (XIX və XX əsrin əvvəli)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1965-ci ildə dosent və 1977-ci ildə professor elmi adını alıb. 1984–1994-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyası Fəlsəfə kafedrasının müdiri, 1987–1988-ci illərdə Azərbaycan KP yanında Partiya tarixi institutu direktorunun elmi işlər üzrə müavini, 1994–1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999–2004-cü illərdə Baki Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində işləyib. 2004-cü ildən indiyədək Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalışır.

100 məqalənin, 4 monoqrafiyanın, 7 kitabın müəllifidir.

1991-ci ildə Akademik S. İ. Vavilov adına medalla, 2007-ci ildə Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə, 30 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir[1].

20 elmlər namizədi və 5 elmlər doktoru yetişdirmiş, hazırda 2 nəfərin doktorluq dissertasiyası üzrə elmi məsləhətçidir.

Milli Qəhrəman Məzahir Rüstəmovun atasıdır.

  • 1969 – "Həsən bəy Zərdabi (Dünyagörüşü)"
  • 1992 – "XX əsrin əvvəllərində Azərbaycanda təbii-elmi və fəlsəfi fikrin vəhdəti"
  • 2001 – "Azərbaycanda təbii-elmi biliyin inkişafının fəlsəfi problemləri"
  • 2006 – "Əslimiz-nəslimiz (tarixi-sosioloji etüdlər)"
  • 1968 – Qısa estetika lüğəti (tərcümə, akad. A. Aslanovla müştərək)
  • 1979 – "Çernışevski və Azərbaycanda ictimai fikir" (akad. F. Köçərli ilə müştərək)
  • 1981 – "Abbasqulu aga Bakıxanov"
  • 1985 – "Mirzə Fətəli Axundov"
  • 1987 – "A. V. Anikin. Elmin gələcəyi (Marksaqədərki iqtisadi mütəfəkkirlərin həyatı və ideyaları)" (tərcüməçisi)
  • 1987 – "Ateistin cib lügəti" (tərcüməçisi)
  • 2007 – Z. T. Qolenkova, M. M. Akuliç, V. N. Kuznetsov "Ümumi sosiologiya" (dərs vəsaiti, tərcüməçisi)
  • 2003 – "Человек – часть природы, биологическое существо"
  • 2003 – "Müasir təbiətşünaslığa konseptual yanaşma"
  • 2003 – "Həsən bəy Zərdabi ilə əlaqədar bir sıra dünyagörüşü məsələləri"
  • 2003 – "XX əsr Azərbaycan romantizminin fəlsəfəsi"
  • 2007 – "Həsən bəy Zərdabi görkəmli mütəfəkkir və publisist kimi"
  • 2008 – "Gələcəyə istiqamətlənmiş siyasət (Heydər Əliyev – 85)"
  • 2008 – ""Azərbaycan" zəmanəmizin görkəmli ideya-siyasi tribunası"
  1. "Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". http://e-qanun.az (azərb.). 30 oktyabr 2009. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.