Şərahil Laçın — Vikipediya
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin. Bu məqalə sonuncu dəfə 2 gün əvvəl Nemoralis (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Şərahil Laçın | |
---|---|
Şərahil Hüseyn oğlu Məmmədov | |
Doğum tarixi | 12 noyabr 1963 (60 yaş) |
Doğum yeri | |
Atası | Hüseyn |
Təhsili | |
Fəaliyyəti | şair, həkim |
Məmmədov Şərahil Hüseyn oğlu (Şərahil Laçın; 12 noyabr 1963, Laçın) — Avrasya Yazarlar Birliyinin üzvü, şair.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şərahil Laçın 1963-cü il 12 noyabrda Azərbaycan Respublikası Laçın rayonununda anadan olmuşdur.
1986-cı ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.
1987-ci ildə Respublika Mərkəzi Xəstəxanasında İnternatura kursunu tamamlamışdır.
1992-ci ildə Respublika Urologiya İnstitutunda urologiya kursunu bıtırmış, 1999-cu ildə Qazaxıstan Həkimləri Təkmilləşdirmə İnstitunda Alternativ Tibb (Çin Tibbi) təhsili almışdır.
Sumqayıt və Bakı şəhərlərində həkim işləmişdir.
Evlidir, 2 övladı var.
Fəaliyyətləri
[redaktə | mənbəni redaktə et]1993–1995-ci illərdə Xudu Məmmədov adına Xeyriyyə Cəmiyyətində və Azərbaycan Demokratik Gənclər Birliyində sədr müavini kimi çalışmışdır.
Şeirləri və publisistik yazilari 1980-ci illərdə "Azərbaycan Gəncləri", "Ədəbiyyat və İncəsənət", "Qarabağ", "Tibb kadrlari uğrunda", "Dədəm Qorqud", "Ədalət", "Təzadlar", "Boz Qurd" (Moskva) qəzetlərində, "Ulduz", "Azərbaycan Təbiətı", "Xudafərin" (Praqa), "Bir Təbəssüm" (Türkiyə), "Andız" (Türkiyə) ədəbi jurnallarında, "Azərbaycan aşıqları və el şairləri" kimi almanaxlarda çap olunub.
Yaradıcılığı barədə Məmməd Araz, Məmməd Aslan, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Kamal Abdulla və başqa tanınmış qələm adamları rəylər və ön sözlər yazıblar.
Türkiyənin tanınmış şairlərindən Yavuz Bülənt Bakilərin təqdimatı ilə "Ömrümüz bilməcə qaldı" şeir kitabı Türkiyədə işıq üzü görüb.
Vektor Beynəlxalq Elm Mərkəzinin təsis etdiyi "Şahmar Əkbərzadə" adına ədəbiyyat mükafatına 2010-cu ildə layiq görülüb.
Avrasya Yazarlar Birliyinin üzvü olan şair Türkiyədə yaşamaqdadır.
Dünyanın bir çox ölkələrində elmi konqreslərin iştirakçısı olmuşdur.
Kitabları
[redaktə | mənbəni redaktə et]- "Ömrümüz bilməcə qaldı", Türkiyə.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Şərahil Laçın Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine
- Şərahil Laçın [ölü keçid]