Şərqi Timorun dövlət quruluşu — Vikipediya
Şərqi Timor | |||||
---|---|---|---|---|---|
Repúblika Demokrátika Timór Lorosa'e República Democrática de Timor-Leste | |||||
| |||||
"Honra, Pátria e Povo" (port.) "Şərəf, Ana vətən və Xalq" | |||||
Himn: Pátria | |||||
Tarixi | |||||
• Portuqaliyadan müstəqillik | 28 noyabr 1975 | ||||
• İndoneziya işğalı | dekabr 1975 | ||||
• İndoneziyadan müstəqillik | 20 may 2002 | ||||
Paytaxt | Dili | ||||
İdarəetmə forması | Parlamentar respublika | ||||
Prezident | Taur Matan Ruak [ 20.V.2012 ~] | ||||
Baş nazir | Ruy Mariya de Arauju [ 16.II.2015 ~] | ||||
Sahəsi | Dünyada 159-cu | ||||
• Ümumi | 14874 km² | ||||
Əhalisi | |||||
• Əhali | 1 200 min nəfər (158-ci) | ||||
• Siyahıyaalma (11.VII.2010) | 1 066 582 nəf. | ||||
• Sıxlıq | 80 nəf./km² (132-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $2 518 milyon dollar | ||||
• Adambaşına | $2 364 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | $499 milyon dollar | ||||
• Adambaşına | $468 dollar | ||||
İİİ (2008) | 0.483 (azalış; 158-ci) |
Şərqi Timorun [1] dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
[redaktə | vikimətni redaktə et]Şərqi Timor parlament formasında idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə (1975, 2002) - 28 noyabrda və 20 mayda qeyd olunur. Portuqaliya Konstitusiyasının modeli əsasında hazırlanmış Şərqi Timor Respublikasının Konstitusiyası 20 mart 2002-ci ildə qəbul edilmişdir.
İnzibati bölgüsü
[redaktə | vikimətni redaktə et]Şərqi Timor 13 inzibati dairəyə (Ayleu, Aynaru, Baukau, Bobonaru, Vikeke, Dili, Kova-Lima, Layten, Likisa, Manatutu, Manufaxi, Okusi-Ambeno və Ermera) bölünür.
Dövlət başçısı
[redaktə | vikimətni redaktə et]Ümumxalq səsverməsi yolu ilə və iki dəfədən artıq olmamaq şərti ilə 5 il müddətinə seçilən və əsasən mərasim funksiyalarını yerinə yetirən Prezidentdir.
Konstitusiyaya görə milli müstəqilliyin və dövlətin birliyinin rəmzi və təminatçısı sayılan dövlət başçısı Baş naziri təyin etmək, qanunlara veto qoymaq, Hökumətin formalaşmasında və illik dövlət büdcəsinin təsdiqində yaranmış ciddi böhran zamanı Parlamenti buraxmaq və yeni seçkilər təyin etmək, demokratik təsisatların normal fəaliyyətini təmin etmək və s. səlahiyyətlərə malikdir.
Qanunverici hakimiyyət
[redaktə | vikimətni redaktə et]Şərqi Timorun ali qanunverici orqanı bir palatadan – ümumi və bərabər seçkilər əsasında partiya siyahıları üzrə 5 il müddətinə seçilən 65 yerlik Milli Parlamentdən ibarətdir.
Konstitusiyaya əsasən kifayət qədər geniş səlahiyyətlərə (qanunvericilik fəaliyyəti ilə yanaşı, Baş naziri və Hökumət üzvlərini seçmək, onlara etimadsızlıq göstərmək və s.) malik olan Milli Parlament qanunvericilik hakimiyyətini icra hakimiyyətindən müstəqil şəkildə həyata keçirir.
İcraedici hakimiyyət
[redaktə | vikimətni redaktə et]İcra hakimiyyəti Parlamentdə çoxluq təşkil edən partiyanın üzvlərindən formalaşmış Hökumət tərəfindən həyata keçirilir. İcraedici hakimiyyətin başçısı Milli Parlament tərəfindən seçilən və formal olaraq ölkə Prezidenti tərəfindən təyin olunan Baş nazirdir.
Nazirlər Şurası daxili və xarici siyasətin həyata keçirilməsinə görə ölkə Prezidenti və Milli Parlament qarşısında məsuliyyət daşıyır. Baş nazirin təqdimatında yeni formalaşmış Hökumətin fəaliyyət proqramı Milli Parlament tərəfindən təqdir və ya mütləq səs çoxluğu ilə rədd edilir. Mövcud Konstitusiyaya əsasən, ikinci hal (etimadsızlıq) təkrar baş verdikdə dövlət başçısı Nazirlər Şurasını tam heyətdə istefaya göndərə bilər.
Məhkəmə hakimiyyəti
[redaktə | vikimətni redaktə et]Üzvləri Ali Məhkəmə Şurası və bir üzvü Milli Parlament tərəfindən təyin olunan, eyni zamanda Konstitusiya nəzarəti orqanı və elektoral ədliyyənin ali orqanı sayılan Ali Məhkəmə, habelə ümumi yurisdiksiyalı məhkəmələr, birinci instansiya (inzibati, vergi, hesablama) inzibati məhkəmələri və hərbi məhkəmələr ölkədə məhkəmə hakimiyyətini həyata keçirilir.
Xarici keçid
[redaktə | vikimətni redaktə et]- Административно-территориальное деление Восточного Тимора по ISO. (rus.)
- Адм.-терр. деление Восточного Тимора, географическое положение - Google map. (rus.)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Атлас мира. Государства и территории мира. Справочные сведения. — Роскартография, 2010. — С. 15. — ISBN 978-5-85120-295-7