Şahəndə xanım — Vikipediya
Şahəndə xanım | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 sentyabr 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 15 mart 1924 (28 yaşında) |
Vəfat yeri | |
Atası | Əbdülqadir Həsən bəy |
Anası | Mövludə İnalpa |
Kezban Marşanya və ya sonradan Şahəndə xanım (ərəb. شاہندہ خانم; 23 sentyabr 1895, Sivas – 15 mart 1924, İstanbul) — son Osmanlı sultanı Sultan Vahidəddinin xanımı Nazikəda Qadınəfəndinin nədimələrindən biri, Abxaz əsilzadəsi.
1895-ci ildə Sivasda dünyaya gəldi.[1][2] Abxaz əsilzadəsi olan Əbdülqadir Həsən bəyin və Mövludə İnalpanın qızı olub, əsl adı Kezbandır.[1][3] Özündən başqa İsmayıl, Əli və Rəşid adlı 3 qardaşı, Pakizə (1883-1955) və Xədicə (1891-1955) adlı 2 bacısının olduğu bilinir. Hələ uşaq yaşlarında İstanbula göndərildi və o əsnada vəliəhd Vahidəddin Əfəndiylə evli olan bibisi Nazikəda Qadınəfəndinin himayəsinə verildi. Bacılarından Pakizənin adı Mislimələk olaraq dəyişdirildi və 1898-ci ildə Sultan Əbdülhəmidin oğullarından Əbdülqadir Əfəndiylə evləndirildi.[4] Digər bacısı Xədicənin adı isə Aşubican olaraq dəyişdirildi. Öz adı isə Şahəndə olaraq dəyişdirildi və bacısı Aşubicanla birlikdə bibisinin xidmətinə alındı. Sonrakı illərdə bacısı evlənərək saraydan ayrılsa da, Şahəndə xanım heç vaxt evlənmədi və uzun illər Nazikəda Qadınəfəndinin nədiməsi olaraq Osmanlı sarayında xidmət etdi.[2]
Sultan Vahidəddin 17 noyabr 1922-ci ildə taxtdan çəkilərək ölkədən qaçsa da, ailə fərdləri İstanbulda qaldı. Şahəndə xanım isə Nazikəda Qadınəfəndinin digər xidmətçiləriylə birlikdə Fəriyə sarayına həbs olundu.[5] 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi Nazikəda Qadınəfəndi də sürgünə göndərildi. Şahəndə xanım isə bir müddət daha İstanbulda göz həbsində tutuldu və ardından azadlığa buraxıldı. Ancaq azad edildiyi gün saraya yaxın biri olduğu ifşa edildi və İstanbul küçələrinin birində bıçaqlandı. Ağır yaralanan Şahəndə xanım bir neçə gün sonra - 15 mart 1924-cü ildə vəfat etdi. Cənazəsi Əyyubsultan məzarlığına dəfn olundu.[1]
Mənbə
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Açba, Leyla (2004). Bir Çerkes prensesinin harem hatıraları. L & M. ISBN 978-9-756-49131-7
- Aredba, Rumeysa; Açba, Edadil (2009). Sultan Vahdeddin'in San Remo Günleri. Timaş Yayınları. ISBN 978-9-752-63955-3
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 Günaydın, Günay (2009). Haremin son gülleri. Mevsimsiz Yayınları. p. 189. ISBN 978-9-944-98703-5
- ↑ 1 2 "Sivas'tan Saraya, Saraydan Sürgüne". hayatagacidergisi.com (türk). İstifadə tarixi: 2025-01-31.
- ↑ Harun Açba (2007). Kadın efendiler: 1839-1924. Profil. p. 186. ISBN 978-9-759-96109-1
- ↑ Herzog, Christoph; Wittmann, Richard (2018). Istanbul - Kushta - Constantinople:Narratives of Identity in the Ottoman Capital, 1830-1930. Routledge. ISBN 978-1-351-80522-3
- ↑ Maksudyan, Nazan (2014). Women and the City, Women in the City:A Gendered Perspective on Ottoman Urban History. Berghahn Books. p. 153. ISBN 978-1-782-38412-0