Şah Şüca — Vikipediya
Şah Şüca (Cəlaləddin Şah Şüca) — Müzəffərilər sülaləsindən olan hökmdar,1358-1384-cü illərdə hakimiyyətdə olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şah Şüca 10 mart 1333-cü ildə anadan olmuşdur. O, Mübarizəddin Məhəmmədin Makdum Şahdan olan oğlu idi.1341-ci ildə Mübarizəddin Məhəmmədin Kirmanı işğalından sonra oğlu Şah Şücanı Monqol tayfa başçılarından birinin qızı ilə evləndirdi.[1] Daha sonra atasının dahi fars şairi Sədi Şirazinin məqbərəsini dağıtmasının qarşısını aldı.[2] 1358-ci ildə atasının gözlərinə mil çəkdirərək, həbs etdirir.
Hakimiyyət illəri
[redaktə | mənbəni redaktə et]Hakimiyyətə gələr gəlməz dövlətin mərkəzini Şiraz şəhərinə köçürür və oğlu Zeynəlabidini vəliəhd təyin edir. Şah Şüca atasından daha sərt bir insan olduğunu sübut edir. Beləki tez-tez qardaşları ilə arasında olan çəkişmələr dövləti zəiflədirdi.Şah Şüca hakimiyyətinin ilk illərində Xacə Kıvaməddini vəzir təyin etməsinə baxmayaraq,1362-ci ildə Xacə Kıvaməddin edam etdirərək onun yerinə Kəmaləddin Hüseyn Rəşidini vəzir təyin edir. Qardaşı Qütbəttin Şah Mahmudu İsfahana, digər qardaşı İmaduddin Əhmədi isə Kirmana vali təyin edir. İlk əvvəllər Cəlairi Şah Üveysin üzərinə hücuma hazırlaşsa da, sonradan Teymurun yaxınlaşdığı xəbərini alır və bu səfəri nəticəsiz qalır. Bir müddət sonra isə xanədan daxilində çəkişmələr başlayır.[3] 1363-cü ildə İsfahanın idarəsini tapşırdığı qardaşı Qütbəddin şah Mahmuda qarşı hücuma keçdi. Lakin çox keçmədən barışıq əldə edildi. Bu illər ərzində Şah Mahmud öz qaynatası Cəlairi Şeyx Üveysə arxalanaraq Farsı və Şirazı tutur. Şah Şüca 1366-cı ilə qədər paytaxt Şirazı yenidən fəth edə bilmir. Şah Mahmud öz qohumluq əlaqlərindən istifadə edərək 1374-cü ildə Cəlairi Şeyx Üveysin ölümündən sonra Təbrizə hücum edir. Şəhəri tutmasına baxmyaraq ağır xəstəliyə yaxalanaraq buranı tərk edir. Şah Şücanın İsfahanı işğalından sonra isə vəfat edir. Qardaşları ilə olan mübarizədən qalib ayrılan Şah Şüca Teymuri təhlükəsini nəzərə alaraq ona tabe olmağa qərar verir.Şah Şüca Azərbaycanı və Arranı 4 aylıq işğal edir lakin Farsdakı daxil vəziyyət pisləşdikdən sonra geri qayıtmalı olur.Onun ikinci qardaşı Şah Müzəffərin oğlu Şah Yəhya İsfahanda üsyan qaldırır. Ölkəni başqa bir təhlükədən xilas etmək üçün o Cəlairilərlə sülh bağlamağa qərar verir və bu məqsədilə oğlu Zeynalabidini Cəlairi sultanı Şeyx Hüseynin bacısı ilə evləndirməyi təklif edir. Lakin Cəlairilər bu təklifi rədd edir. 1383-cü ildə o oğlu Sultan Şəblini kor etdirir və daha sonra bu qərarından peşmanlıq duyur.
Ölümü
[redaktə | mənbəni redaktə et]Ardıcıl baş verən uğursuz hadisələr- anasının və qardaşı oğlu Şah Hüseynin ölümü nəticəsində o içkiyə qurşanır və xəstələnərək vəfat edir. Ölümündən bir müddət əvvəl oğlu Zeynalabidini taxta çıxarır.Üçüncü qardaşı İmadəddin Əhmədi isə Kirman valisi təyin edir.[1] Ölüm yatağında olarkən dönəmin ən güclü hökmdarlarından Teymura məktub yazaraq oğluna şahlıq verdiyini bildirir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Müzəffərilər". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
- ↑ "Shiraz in the Age of Hafez: The Glory of a Medieval Persian City". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-17.
- ↑ Al-i Muzaffer (Muzafferiler) Dönemi İran Tarihi