Şahin Zəkizadə — Vikipediya

Şahin Zəkizadə
Şahin Həsən oğlu Zəkizadə
Doğum tarixi
Doğum yeri Bakı, SSRİ
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Həyat yoldaşı Səbinə Allahverdiyeva
Uşaqları Fatimə
Seyyid Əli
Fəaliyyəti rejissor

Şahin Həsən oğlu Zəkizadə (5 mart 1978, Bakı16 fevral 2017, Bakı) — Azərbaycanlı ssenarist və rejissor.[1]

Şahin Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Həsən Zəkizadə görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəvəsi idi. Həsən Zəkizadə uzun müddət müəllim və məktəb direktoru kimi çalışmışdır. Şahin məktəbi bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Müəllimi Tariyel Vəliyev olmuşdur. Daha sonra təhsilini Moskvada kino üzrə davam etdirmişdir.[2] Rejissor fəaliyyətinə reklam və klip sahəsində başlamışdır. Azərbaycanın ən məşhur ifaçıları üçün kliplər çəkmişdir. Ən məşhurları Röya və Samir Cavadzadənin "Deyin ona", Elariz Məmmədoğlunun "Doroqa", Faiq Ağayevin "Sən elə bilirdin", tamamilə animasiyadan ibarət "Biləydin kaş", Tünzalə Ağayevanın "Gülbahar" mahnısı, Sevda Ələkbərzadənin "Salam Allahım" klipləri idi.[3] Bundan başqa, rejissor Lider TV və Yurd TV televiziyalarında çalışmışdır.[4] Həyatı boyu sosial reklam, siyasi çarx, həmçinin sənədli filmlər çəkən Şahin 2003-cü ildə "Dünənə ehtiramla, sabaha ümidlə" və Əminə Dilbazidən bəhs edən "Tənha bülbülün rəqsi" sənədli filmləri ilə film sektoruna girmişdir. 2015-ci ildə rejissoru və ssenari müəllifi olduğu "100 Kağız" filmi ekranlara çıxmışdır.

Şahin Zəkizadədə 2016-cı il sentyabr ayında ağır xəstəlik — qan xərçəngi xəstəliyi aşkarlandı.[5][6] O zamandan rejissor Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında intensiv müalicə almışdır, amma bir neçə aylıq müalicəyə baxmayaraq, xəstəlik şiddətlənmişdir. İstedadlı rejissor 12 fevral 2017-ci ildə komaya düşmüş, 16 fevralda dünyasını dəyişmişdir.[7] Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunmuşdur.

Şahin Zəkizadə iki dəfə ailə həyatı qurmuşdur. İlk evliliyindən 2009-cu il təvəllüdlü Fatimə adlı qızı vardır. İkinci dəfə 2014-cü ildə Səbinə Allahverdiyeva ilə evlənən Şahinin 2015-ci il Seyyid Əli adında oğlu vardır.[8][9][10]

  1. Dünənə ehtiramla, sabaha ümidlə (film, 2003)
  2. Tənha bülbülün rəqsi (film, 2003)
  3. 100 kağız (film, 2015)
  1. "Azərbaycanlı rejissor vəfat edib. Tanınmış rejissor uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub" (az.)). 16 fevral 2017. 2018-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-10.
  2. "ŞAHİN ZƏKİZADƏ müsahibə". 2018-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  3. "Şahin Zəkizadə ailə, sevgi və xərçənglə mübarizə haqqında: "Tanrı mənə düşünmək üçün vaxt verib... bu, son deyil..."". 2017-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  4. "Rejissor Şahin Zəkizadə ilə söhbət". 2018-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  5. "Tanınmış rejissor ağır xəstəliyə tutulub". 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  6. "Xərçəng xəstəliyindən əziyyət çəkən Şahin Zəkizadə: "Mən həmişə unudulmaqdan və laqeydlikdən qorxmuşam"". 2017-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  7. "Şahin Zəkizadə vəfat etdi". 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  8. ""Şahin iki dəfə evli olub, bir qızı da var" - müsahibə". 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  9. "Aylar sonra efirə çıxan Şahin Zəkizadənin ailəsi ağladı - video". 2017-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-16.
  10. ""Hər kəsdən uzaq yaşamaq istəyirəm" - Şahinin xanımı Azərbaycandan birdəfəlik getdi". 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-21.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]