Şahmar Əhmədov — Vikipediya

Şahmar Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1911(1911-10-10)
Doğum yeri
Vəfat tarixi 10 avqust 1972(1972-08-10) (61 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
shahmarahmadov.org

Şahmar Əhmədov (Əhmədov Şahmar Mehbalı oğlu; 10 oktyabr 1911, Böyük Məzrə, Yeni Bəyazid qəzası10 avqust 1972, Amasiya rayonu) — Ermənistan SSR Amasiya r-nu Məhkəməsin Sədri (1957–1972)

Şahmar Əhmədov 1911-ci ildə Qərbi Azərbaycanda, Göyçə mahalının, Basarkeçər rayonunun Böyük Məzrə kəndində dünyaya gəlmişdir. Ailənin səkkiz övladından birincisi olan Şahmar Sovet hakimiyyəti dövründə açılan məktəblərdən birində təhsil alan ilklərdən olmuşdur.

Atası Mehbalı kişi Şahmarın yazıb-oxumağa böyük həvəsi olduğunu görüb, onu 1926-cı ildə Məzrədə olan ibtidai məktəbə yazdırmışdır. O zamanlar Məzrədə yalnız ibtidai məktəb var idi. Bu səbəbdən də o, 1929-cu ildə Zod kəndində yeddi illik məktəbi oxumuşdur. Onun Zod kəndində bibisi Kövsər yaşayırdı. Atasının məsləhəti ilə 1932-ci ildə məktəbi bitirənə qədər bibisigildə yaşamıdır. Şahmar bibisi Kövsəri heç unutmaz, ömrünün sonuna qədər onu tez-tez xatırlayardı. 1932-ci ildə ordu sıralarına çağrılmışdır. 1934-cü ildə serjant rübətsi ilə ordudan tərxis olunan Şahmar Məzrəyə qayıtmış, İrəvan pedoqoji texnikomunda qiyabi təhsil ala-ala, doğma kəndində orta məktəbdə tarix və coğrafiya müəllimi işləmişdi. O zamanlar Basarkeçərdə hüquq mühafizə orqanlarında çalışan gənclərə kəskin ehtiyac var idi. Şahmar da öz savadı və bacarığı ilə seçildiyindən 1938-ci ildə Ermənistan SSRİ Kommunist Partiyasının Basarkeçər Partiya Komitəsi tərəfindən bir il müddətinə Bakıda yerləşən hüquq Azərbaycan Dövlət Universitetində təhsil almağa göndərilir.

Təhsilini tamamlayıb yenidən Məzrəyə qayıdan Şahmarı Məhkəmənin sədri vəzifəsinə təyin edirlər. Sonra "Yerevan Dövlət Universiteti"nin hüquq fakültəsini bitirmış və 1939-cu ildə Amasiya rayonuna təyin edilmişdir. Amasiya rayonu coğrafi mövqeyinə görə Türkiyə ilə həmsərhəd olan "Kiçik Qafqaz" dağlarının əhatəsində yerləşir. "Böyük Vətən müharibəsi" illərində Amasiya rayonuna ixtisaslı gənclər cəlb edilirdi. Eləcə də, İrəvan Pedaqoji Texnikomun məzunları Amasiya rayonuna səfərbər edilirdilər. Qızlardan ibarət məzunlar Amasiya rayonuna aid olan kəndlərin məktəblərinə müəllim vəzifəsinə təyin olunurdular. Həmin qızların arasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhhərrəmovun anası Şəfiqə xanım, Ceyran xanım Zeynalova, eləcə də Lətifə xanım Abbasova da var idi. 1947-ci ildə Şahmar məhz həmin qızlardan biri — Lətifə xanımla evlənmişdir. Elə həmin ildə yenidən Bakıya hüquqşünaslıq kursuna göndərilmişdir. 1948-ci ildə bu kursu bitirdikdən sonra Basarkeçər rayonuna hakim təyin edilir, amma burada cəmi beş ay (10.06.48–04.10.48) qalır. Həmin ilin oktyabr ayından Zəngibasarda xalq hakimi vəzifəsində işləyir.1953-cü il iyun ayının 30-na qədər Zəngibasarda xidmət edən Şahmar sonra Artaşat rayonuna göndərilir. 1957-ci ildə isə, Amasiya rayonuna hakim təyin edilərək ömrünün sonuna qədər orada xalq hakimi vəzifəsində çalışır. Şahmar Əhmədov 10 avqust 1972-ci ildə Amasiya rayonunda vəfat etmiş, doğma kəndi Böyük Məzrədə dəfn olunmuşdur.

Mehbalı kişi ilə Nüşapəri xanımın ailəsində dünyaya gəlmiş mərhum Şahmar müəllimin qardaş və bacıları aşağıdakılardır: Əhmədov Bəhram Ülkər xanımla ailə qurub. Cavan yaşda rəhmətə gedib, Xalidə və Fatima adında iki qızı var. Əhmədov Bəhman Sozar xanımla ailə qurub. Hər ikisinin məzarı Basarkeçər rayonunun "Böyük Məzrə" kəndindədir. Elmira, Həmayil, Yaşar, Rahibə, Sədrəddin və Nəsrəddin adında övladları var.

Əhmədova Rüsxarənin ilk həyat yoldaşı vaxtsız vəfat edib. Bu nikahdan Ənvər, Surəddin (vəfat edib) və Gülənbər adlı üç övladı olub. Əri vəfat etdikdən illər sonra Kəlbəcərli kürd Abbasla ailə qurub və bu nikahdan da iki qız övladı var. Əhmədov İslamın Ələddin (vəfat edib), Yusif, Qətibə (rəhmətə gedib), Lətif, Süsən, Fazil, Şölə, Zərri, Qafar, Qaraxan, Səfər, Mehbalı, Hafiz, Xamis, Sevda on beş övladı var. İslam kişinin məzarı Şəmkir rayonundadır. Əhmədova Gilas Məhəmməd kişi ilə ailə qurub. Hər ikisi rəhmətə gedib, qəbirləri Bakıda, "Mehdiabad" məzarlığındadır. Qənirə, Aydın (vəfat edib), Fəxrəddin, Fənara, Flora və Zərifə adlı övladları var. Əhmədov Surxay Manya xanımla ailə qurub. Hər ikisi 2013-cü ildə vəfat edib. Ulduz, Dilarə, Afət, İlqar və Yeganə adında övladları var. Əhmədova Atlas Məzahim kişi ilə ailə qurub. Nelya, Rasim, Gülbəniz, Mahir, Ramiz, Rəsmiyə adlı altı övladı olub.

Şahmar müəllim özü isə, bir oğul, altı qız övladı atası idi. Həyat yoldaşı Abbasova Lətifə Möhsün qızı 40 ildən yuxarı müəllimə işləmiş, 1987-ci ildə avqust ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Məzarı Bakının "Mehdiabad" qəsəbəsindədir. İlk övladı Ofeliya xanım 1970-ci ildə Ermənistan SSRİ-nin Yerevan şəhərində vəfat etmişdir. Arzu və Azər adında iki oğulları var. İkinci övladı Raya xanım 16 noyabr 1947-ci ildə Ermənistan SSRİ-nin Amasya rayonunda dünyaya gəlmişdir. Hazırda Bakı şəhəri, Binəqədi rayonu 244 saylı orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Əmək fəaliyyət müddətində bir sıra dövlət təltiflərinə layiq görülmüşdür. Leyla adında bir qızı var. Üçüncü övladı Tərifə xanım 1 yanvar 1951-ci ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. Evdar qadındır, kimya elmləri doktoru Əhmədov Ələddin İslam oğlunun həyat yoldaşıdır. Xatirə, Sevinc, İlhamə və Ofeliya adında qızları var. Dördüncü qızı Tahirə xanım 30 iyun 1953-cü ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. İxtisasca ingilis dili müəlliməsidir, hazırda təqaüddədir. Cavid, Vurğun və Mürvət adında üç övladı var. Oğlu Tahir 2 oktyabr 1956-cı ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. İxtisasca mühəndisdir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında mühəndis vəzifəsində çalışır. Şahmar və Etibar adında iki övladı var. Altıncı qızı Cəmilə xanım 15 may 1959-cu ildə Ermənistan SSRİ-nin Zəngibasar rayonunda anadan olmuşdur. İxtisasca ingilis dili müəlliməsidir, hazırda təqaüddədir. Cəmil adında bir oğlu var. Sonuncu qızı Mahirə xanım 11 oktyabr 1963-cü ildə Ermənistan SSRİ-nin Amasya rayonunda doğulmuşdur. Ailəlidir. Uzun müddət Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında çalışmış, mayor rütbəsinə layiq görülmüşdür. Hazırda təqaüddədir.

Şahmar Əhmədov bir sıra mükafatlara layiq görülmüşdür.