Əbcəd — Vikipediya

Əbcəd hesabı (fars. حساب جمل‎) – Türk, ərəbfars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir. Əbcəd hesabında Ərəb əlifbasının hər hərfi konkret say bildirir; Məsələn, Əlifin (ا) qiyməti 1-dir, Nunun (ن) qiyməti 50-dir:[1]

Əlif ا 1 Ha ح 8 Sin س 60 Tə ت 400
Bə ب 2 Ta ط 9 `Ayn ع 70 Sə ث 500
Cim ج 3 Yə ي 10 Fə ف 80 Xa خ 600
Dəl د 4 Kəf ك 20 Sad ص 90 Zəl ذ 700
Hə ه 5 Ləm ل 30 Qaf ق 100 Dad ض 800
Vəv و 6 Mim م 40 Ra ر 200 Za ظ 900
Zə ز 7 Nun ن 50 Şin ش 300 Ğayn غ 1000
  1. ""Əbcəd Hesabı və Cəfr Elmi"". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.