Əhməd Kadırov — Vikipediya

Əhməd Kadırov
çeçen. КъадиргӀеран Ӏабдулхьамидан Ахьмад-Хьаьж
bayraq
Çeçenistan Respublikasının
1-ci prezidenti
bayraq2
ƏvvəlkiVəzifə təsis edilib
SonrakıSergey Abramov (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 23 avqust 1951(1951-08-23)[1]
Doğum yeri
Vəfat tarixi 9 may 2004(2004-05-09)[1][2] (52 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mina[3]
Dəfn yeri
Təhsili
Fəaliyyəti siyasətçi, ilahiyyatçı, mufti
Atası Əbdülhəmid Kadırov
Uşağı Ramzan Kadırov
Dini Sünni (İslam)
Hərbi xidmət
Döyüşlər
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər üzrə fəlsəfə doktoru[d]
Tanınır Siyasətçi

Təltifləri Rusiya Federasiyasının Qəhrəmanı
"Cəsarət" ordeni "Dostluq" ordeni medal for valor in service medal "For military cooperation" medal for distinguished service Medal "For Merit to the Chechen Republic"
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Əbdülhəmidoviç Kadırov (23 avqust 1951[1], Karaqanda9 may 2004[1][2], Qroznı, Çeçenistan) — Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının 1-ci dövlət başçısı.

1951-ci ilin avqustun 23-də anadan olan Əhməd Əbdülhəmid oğlu Kadırov ailəsinin sürgün edildiyi Qazaxıstanın Karaqanda şəhərində doğulub. Kadırovlar ailəsi 1957-ci ilin aprel ayında Çeçenistan-İinquşetiya SSRİ-yə geri dönüb.

Çeçenistanın gələcək prezidenti 1971-ci ildə işləmək üçün Sibirə gedir. 1976-cı il oktyabrın 5-də onun övladı Ramzan doğulub. Əhməd Kadırov 2003-cü ilin 5 oktyabrından 2004-cü ilin mayın 9-a kimi Çeçenistan Respublikasının prezidenti olub. Daha əvvəl isə bir neçə il Çeçenistanın müftisi olub. İkinci Çeçenistan müharibəsindən sonra isə Federal hökumətin tərəfinə keçib. Qazaxıstanın Qaraqanda şəhərində doğulan Kadırov Daşkənd İslam Universitetini və Mahaçqala Biznesin İdarə Edilməsi İnstitunu bitirib. Siyasi elmlər namizədidir.

2004-cü ildə o, üsyançıların törətdiyi terror hadisəsində öldürülüb.