Qazı Əhməd bəy Məhəmmədbəyov — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qazı Əhməd bəy Məhəmmədbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyun (1 iyul) 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 6 dekabr 1937 (48 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | vəkil, siyasətçi |
Qazı Əhməd bəy Məhəmmədbəyov və ya Xanbaba bəy Məhəmmədbəyov (19 iyun (1 iyul) 1889, Axtı, Samur dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 6 dekabr 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, İttihad Partiyasının və İttihad fraksiyasının üzvü, Yusifbəyli hökumətinin üzvü
Həyatı
[redaktə | vikimətni redaktə et]Novorossiya İmperator Universitetində hüquq təhsil alıb.[1]
1877–1878-də Rusiya imperiyasına qarşı qalxan Samur-Axtı üsyanına başçılıq etmişdir.
Zaqafqaziya Seymi Müsəlman fraksiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasınən üzvü olub.
Əvvəllər Müsavat Partiyasının, daha sonra isə İttihad Partiyasının üzvü olmuşdur. 14 aprel 1919-cu ildə İttihad Partiyasının sədr müavini seçilmişdir.
Qazı Əhməd bəy 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur.
1920-ci ildə məhkəmədə hakim kimi işləyib.
Adı
[redaktə | vikimətni redaktə et]İki adı olmuşdur: Xanbaba və Qazı Əhməd
Bəzi mənbələrdə Batum konfransının üzv siyahısında Əhməd bəy Canbaba adlı şəxsin adı da qeyd olunub. Ədalət Tahirzadə bu şəxsin Qazı Əhməd bəy olduğunu söyləyir. Çünki Qazı Əhməd bəyin ikinci adı Xanbaba olmuşdur.
Bəzən Qazı Əhməd bəyin adında "bəy" titulu istifadə olunmaya bilər, həmçinin adı və soyadı müxtəlif cür yazıla bilər : "Qazıəhməd", "Xanbaba", "Canbaba", "Babaxan", "Qazı Əhməd", "Məmmədov"; "Məmmədbəyov" və ya "Məhəmmədbəyov".
Mənbə
[redaktə | vikimətni redaktə et]- Altay Göyüşov. Azərbaycanda ittihadçılıq. Bakı: "İrşad" mərkəzi. 1997.
- Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 5 M. Bakı: Təhsil. 2021.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |