Əhməd ibn Hənbəl — Vikipediya

Əhməd ibn Hənbəl
ərəb. احمد بن محمد بن حنبل ابو عبد الله الشيباني‎
Doğum tarixi 23 noyabr 780
Doğum yeri Bağdad, İraq və ya Mərv, Xorasan
Vəfat tarixi 2 avqust 855 (74 yaşında)
Vəfat yeri Bağdad, İraq
Uşaqları 8
Fəaliyyəti mühəddis, fəqih, üləma, intellektual, universal insan, müfəssir, hüquqşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd ibn Məhəmməd ibn Hənbəl Əbu Abdullah əl-Şeybani (ərəb. احمد بن محمد بن حنبل ابو عبد الله الشيباني‎‎; 780-857) — İslam alimi, fəqih.

Əbu Abdullah Əhməd ibn Məhəmməd ibn Hənbəl əş-Şaybani əl-Mərvəzi 780-ci ildə Bağdadda doğulmuşdur. Əslən ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və soyu Nizar qəbiləsində Məhəmməd peyğəmbərin soyu ilə birləşməktədir.

İlk təhsilini Bağdatda aldıqdan sonra dini elmlərə yönələn İmam Əhməd İslamı bütün yönləri ilə yaşamaq istədi. Bu arzu onu peyğəmbər hədisləri ilə məşğul olmağa təşviq etdi. Daha kiçik yaşlarında Quranı-Kərimi əzbərləmişdi. Bəsrə, Hicaz, Kufə, Yəmən kimi elm mərkəzlərinə bir çox səyahətlər etmiş, buralarda olan üləma və mühədisslərlə görüşmüş, raviləri tapmış və onlardan hədis götürmüşdür. Yəməndə mühəddis Əbdurazzaq ibn Həmmamdan hədis almaq üçün Yəmənə gedərkən yolda pulu qurtarmış və bunun üçün də muzdla çalışmışdır.[1] İmam Əhməd beş dəfə Həccə ziyarətə getmiş onların üçündə piyada yolçuluq etmişdir.

Tarixdə böyük müctəhidlərin bir çoxuna zülm edildiyi görülməkdədir. İmam Əhməd də onların sırasına daxildir. Abbasilər zamanında Quran Məxluqdur görüşü yayılmağa başlamışdı. Üləmaların çoxu hakimiyyətin diktəsi altında bu görüşü qəbul etsə də, Əhməd ibn Hənbəl bu görüşü qəbul etməmiş və bu səbəbə görə də ona bir çox əziyyətlər verilmişdir. Əhməd ibn Hənbəl həbs edilmiş Mutasım zamanında qazi İbn Əbu Duadın təşviqi və təsiri ilə işgəncəyə məruz qalmışdır. İyirmi səkkiz ay həbsdə qalan Əhməd ibn Hənbəl sərbəst buraxıldıqdan sonra iqtidara gələn əl-Vasiq dövründə də təsirlərə məruz qalmış, beş il hədis dərsləri verə bilməmişdir. Nəhayət əl-Mütəvəkkil dövründə xəlifə Məmunun "Quran məxluq" deyildir deyən kimsə qalmasın vəsiyyətinə və bu qatı siyasətə son verildikdən sonra Əhməd ibn Hənbəl yenidən hədis çalışmalarına dönmüşdür. Onun bu çətinlikləri on dörd il davam etmişdir. Əhməd ibn Hənbəl etiqadda, əməldə sünnətdən başqa bir yol izləməzdi. Münaqişədən, zəif olan dəlillərlə hökm verməkdən çəkinər, səhabə və tabiunun yolunu izləyərdi. Səbirli, ciddi, mülayim, qənaətkar, təqva sahibi ixlaslı bir alim idi. Onun qəbul etdiyinə görə iman qəlb ilə təsdiq, dil ilə iqrar və üzvlərlə əməl olub, artar və əskilə bilər. Böyük günah işlədən dindən çıxmaz. Allahın sifətləri özünəməxsusdur, təvil edilməz. Bir hakim adil və ya zalım olsa da ona itaət edilər ona qarşı üsyan edilməz.

Əhməd ibn Hənbəldən hədis rəvayət edənlər arasında da Buxari, Müslim, Əbu Davud, Ali bin Əli Mədini ən önəmli mühəddislərdəndir. Əhməd ibn Hənbəl birbaşa özünün yazdığı əsəri "Əl-Müsnəddir". "Müsnədi" yazmaqda məqsədi insanların hədislərdə ixtilaf etmələri idi. Bu kitab onun yüz əlli min hədis içindən seçdiyi otuz min hədisdən ibarətdir. Ona aid edilən aşağıdakı əsərlər onun tələbələri tərəfindən yazılmışdır; Əs-sünnə, Zühd, Salat, Vera vəl-iman, Cüz fi usulis sunnə, Fədailu-səhabə, ən-nasih vəl-mənsuh, əl iləl və Mərifatu-Rical bunlardandır. İmam Əhmədin həyatı kasıbçılıq ilə keçmişdir. İki evliliyindən, oğulları Saleh ilə Abdullah, cariyəsindən də üç oğlu, bir qızı olmuşdur. Yoxsul olmasına baxmayaraq, dövlət vəzifəsində çalışmaqdan imtina etmiş, heç kimsəyə möhtac qalmadan sünnətə uyğun bir şəkildə yaşamışdır. Əhməd ibn Hənbəl 857-ci ildə Bağdadda vəfat etdiyində cənazəsinə on minlərlə insan qatılmış, namazı Cümə günü qılınmışdır.