Ələddin Əsədov — Vikipediya

Ələddin Əsədov
Əsədov Ələddin Qurban oğlu
Doğum tarixi
Doğum yeri Şəki, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi

Ələddin Əsədov (tam adı: Əsədov Ələddin Qurban oğlu) — Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini.

1952-ci ildə Şəki rayonunda anadan olub.[1] 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib.

1978–1983-cü illərdə Dövlət Televiziya və Radio Verlişləri Komitəsində incəsənət Redaksiyasında redaktor vəzifəsində çalışıb. 1983-cü ildən AzTV-nin "Gənclik" redaksiyasında redaktor, daha sonra baş redaktor vəzifəsində işləyib, tanınmış telejurnalistdir.

1980–1990-cı illərdə AzTV-də efirə gedən telemarafonların, canlı proqramların aparıcısı və müəllifi olub.

Hazırda "Renessans" nəşriyyatının direktoru, Az. RNB-nin idarə heyəti sədrinin müavinidir.

  1. "Əsədov Ələddin Qurban oğlu". 2013-07-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.