Əli Quşçu — Vikipediya
Əli Quşçu | |
---|---|
osman. علی قوشچی ərəb. علاء الدين علي بن محمد القوشجي[1] | |
Doğum adı | القوشجي، علي بن محمد، ت[1] |
Doğum tarixi | 1403[2] |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 1474[2] |
Vəfat yeri | |
Dəfn yeri | |
İş yerləri |
|
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Əli Quşçu (Osmanlı Türkçəsi: Ebu’l-Kasım Alaaddin Ali b. Muhammed el-Kuşçu) (1403[2], Səmərqənd, Teymurilər dövləti[2] – 16 dekabr 1474[2], İstanbul, Osmanlı imperiyası[2]) — görkəmli Özbək astronomu, riyaziyyatçısı və dilşünası.
Həyatı
[redaktə | vikimətni redaktə et]Əsl adı, Əli bin Məhəməddir. Türk – İslam dünyasının böyük riyaziyyat, astronomiya, mexanika, dil, bəlağət və kəlam alimi olan Əli Quşçu, XV əsrin əvvəllərində 1403-cü ildə Səmərqənddə anadan olmuşdur. Atası Muhammed (Mahmud, Məhəmməd), məşhur türk sultanı və astronomu Uluq Bəyin Şahin başçısı olduğu üçün, ailəsi "Quşçu" ləqəbi ilə məşhur oldu.
1436–1439-cı illərdə Uluq Bəy Rəsədxanasına müdir olmuşdur.
1449-cu ildə Həccə getmək istədi. Lakin elə bu vaxt Teymurilər dövlətinin hökmdarı Əbdüllətif Əli Quşçunun edam edilməsi haqqında fərman verdi. Səmərqənddən qaçan Əli Quşçunu Təbrizdə Ağqoyunlu hökmdarı Uzun Həsən böyük ehtiramla qarşçladı. Ağqoyunlul və Osmanlı arasında ziddiyyətlər kəskinləşdikdə Uzun Həsən ondan Osmanlı sultanı Fateh Mehmet ilə sülhməramlı görüşmələrində yardım istədi. Əli Quşçu, Uzun Həsənin elçiliyini etdikdən sonra Fatehin dəvəti ilə ikinci dəfə İstanbula gəldi. Osmanlı – Ağqoyunlu sərhədboyunda II Mehmedin əmri ilə böyük bir mərasimlə qarşılanan Əli Quşçu, Ayasofya mədrəsəsinə 200 axça maaşla müdərris təyin edildi.
1473-cü il mart ayında Sahn-ı Seman Mədrəsəsindən (Fateh Mədrəsəsi) təqaüd almışdır.
16 dekabr 1474-cü ildə İstanbulda vəfat etmişdir. Məzarı Eyyub Sultandadır.
Təhsili
[redaktə | vikimətni redaktə et]Kiçik yaşlarından etibarən riyaziyyat və astronomiyaya maraq göstərən Əli Quşçu, dövrünün ən böyük elm adamları olan Bursalı Qadızadə Rumi, Qıyasəddin Cəmşid (Qiyas əl Kaşi) və Muinuddin Kaşidən riyaziyyat və astronomiya elmlərini öyrəndi.
Daha sonra təhsilini artırmaq üçün Uluq Bəydən icazəsiz Kirmana getdi. Burada "Hall-ü Eşkal-i Qəmər (Ay səhifələrinin açıqlanması) adlı risalə ilə "Şərhi-Təcrid" adlı əsərini yazdı. Kirmanda təhsilini tamamlayıb Səmərqəndə döndü və Uluq Bəyə Kirmanda dərc etdiyi risalələri təqdim edərək ona yardımçı olmuşdur.
Elm tarixi üçün əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Riyaziyyat üçün; Hermetik-Pitaqorasçı mistisizmi
Astronomiya və optik üçün; Aristotelçi fizika və metafizik prinsipləri aydınlaşdırmağa çalışdı. Əl-Fəthiyyə
Kopernik (1473 – 1543)
Hoca Sinan Paşa, Molla Lütfi və Əli Quşçunun oğlu Mirim Çələbi (Mahmud B. Muhammed B. Muhammed B. Musa Qadızadə), Takiyüddin kimi alimlər onun dərslərində yetişmişdilər.
Osmanlı mədəniyyəti üçün əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Osmanlı İmperiyası padşahı Fatih Sultan Məhəmməd (II Mehmed) adına qurulan ilk Osmanlı universiteti olan Fatih Mədrəsəsinin tədris planını qələmə aldı.
Əli Quşçu nəslindən olanlar XVIII əsrin sonlarına qədər Osmanlı İmperiyasında mühüm vəzifələr gördü. Əbussuud Əfəndi və uşaqları şeyxülislam, kazasker, müdərris kimi vəzifələr tutdular.
Əli Quşçudan sonra Osmanlı dili bütün islam aləmi üçün elm dili olub. Fars və ərəb dilləri öz əhəmiyyətini itirdi.
Risalə Fi-Hey-ə: (1457-ci ildə Səmərqənddə, fars dilində yazmışdır) Osmanlı İstanbul Mühəndisxanasında (İstanbul Texniki Universiteti) XIX əsrin əvvəllərində dərs kitabı olaraq istifadə edilirdi.
Mədsrəsələrdə riyaziyyat və s. elm dərslərinin oxudulmasında önəmli rolu olmuşdur.
Əsərləri
[redaktə | vikimətni redaktə et]Astronomiya əsərləri
[redaktə | vikimətni redaktə et]- Şerh-i Zîc-i Uluğ Bey
- Risalə fî Halli Eşkâli Muaddili'l-Kamer li'l-Mesîr
- Risalə fî Asli'l-Hâric Yumkin fî's-Sufliyyeyn
- Şerh ale't-Tuhfeti'ş-Şâhiyye fî'l-Hey'e
- Risalə der İlm-i Hey'e
- Risalə fî Halli Eşkâli'l-Kamer.
- Riselet-ül fi'l hey'et (Farsça)
- Risalə el-Fethiyye fî ilmi’l-hey (el-Fethiyye)
Riyaziyyat əsərləri
[redaktə | vikimətni redaktə et]- Risâletu'l-Muhammediyye fî'l-Hisâb
- Risalə der İlm-i Hisâb: Süleymaniye
Kəlam ve Usûl-i Fıkıh əsərləri
[redaktə | vikimətni redaktə et]- Eş-Şerhu'l-Cedîd ale't-Tecrîd
- Hâşiye ale't-Telvîh
Kimya və Fizika əsərləri
[redaktə | vikimətni redaktə et]- Unkud-üz-Zevahir fi Man-ül-Cevahir (Mücevherlerin Dizilmesinde Görülen Salkım)
Mexanik Alətləri Haqqında əsəri
[redaktə | vikimətni redaktə et]- Tezkire fî Âlâti'r-Ruhâniyye (Kültür Bakanlığı, Ankara 2001)
Dil və Bəlağət əsərləri
[redaktə | vikimətni redaktə et]- Şerhu'r-Risâleti'l-Vadiyye
- El-İfsâh
- El-Unkûdu'z-Zevâhir fî Nazmi'l-Cevâhir
- Şerhu'ş-Şâfiye
- Risalə fî Beyâni Vadi'l-Mufredât
- Fâ'ide li-Tahkîki Lâmi't-Ta'rîf
- Risâle mâ Ene Kultu
- Risalə fî'l-Hamd
- Risalə fî İlmi'l-Me'ânî
- Risalə fî Bahsi'l-Mufred
- Risalə fî'l-Fenni's-Sânî min İlmihal-Beyân
- Tefsîru'l-Bakara ve Âli İmrân
- Risalə fî'l-İstişâre
- Mahbub-ül-Hamail fi keşif-il-mesail
- Tecrid-ül-Kelam (Tecrid’ül Kelam – Sözün Tecridi)
İstinadlar
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- İ. Hakkı Uzunçarşılı – Büyük Osmanlı Tarihi Cilt 2 Sh. 653
- 100 böyük türk. Bakı,1991. səh.36–37.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]- Muhyiddin Mehmed-i İskilibi – yeğeni, şagirdi və damadı
- Mevlana Ebussuud İmadi – torunu və Osmanlı şeyxülislamı
- Uluq Bəy –
- Uluq Bəy Rəsədxanası
- Sahn-ı Seman Mədrəsəsi
- Mirim Çelebi -