Əliheydər Həsənzadə — Vikipediya

Əliheydər Həsənzadə
Doğum adı Heydər Həsənzadə
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (19131 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943).

Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.

Əliheydər Həsənzadənin dörd övladı var. Böyük oğlu Ələkbər Həsənzadə görkəmli səs rejissoru, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Rusiyanın ən yüksək kino mükafatı "NİKA" mükafatı və Rusiya Dövlət Mükafatı laureatıdır. İkinci oğlu Tərlan Həsənov cüdo ustası, əməkdar məşqçi, cüdo idman növünün Azərbaycanda ilk yaradıcısı və təsisçisi, bir çox çempionların, olimpiya çempionlarının müəllimidir. Qızı Cananə Xəlilova (Həsənzadə) uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor sənətindən dərs demiş, bir çox yetirmələri Azərbaycanın görkəmli mədəniyyət xadimləridir.

  • Azərbaycan SSR əməkdar artisti — 17 iyun 1943.
  1. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: heykəlin yanındakı adam
  2. Bayquş gələndə... (film, 1978)
  3. Bir məhəllədən iki nəfər (film, 1957)
  4. Bizim Cəbiş müəllim (film, 1969)
  5. Böyük dayaq (film, 1962)
  6. Çardaş (film, 1973)
  7. Əgər bir yerdəyiksə (film, 1975)
  8. Əhməd haradadır? (film, 1963)
  9. İnsanlar, atlar, təkərlər (film, 1979)
  10. General (film, 1970)
  11. Kölgələr sürünür (film, 1958)
  12. Qara daşlar (film, 1956)
  13. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  14. O olmasın, bu olsun (film, 1956)
  15. Romeo mənim qonşumdur (film, 1963)
  16. Sevil (film, 1970)
  17. Şərikli çörək (film, 1969)
  18. Torpaq. Dəniz. Od. Səma (film, 1967)
  19. Ulduz (film, 1964)
  20. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]