Əsrin kontraktı (film, 1996) — Vikipediya
Əsrin kontraktı | |
---|---|
Fayl:Əsrin kontraktı (film, 1996).jpg | |
Janr | tarixi |
Rejissor | Cahangir Zeynallı |
Ssenari müəllifləri | Teymur Bəkirzadə Cahangir Zeynallı |
Operatorlar | Cahangir Zeynallı Şərif Şərifov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1996 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 48 dəq. |
Ölkə | Azərbaycan |
İl | 1996 |
Texniki məlumatlar | 5 hissə 1322 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
[redaktə | vikimətni redaktə et]Qədim Azərbaycan torpağında neftin tapılmasından ta bu günə qədər keçdiyi tarixi yol, "qara qızıl"ın ölkəmizin ictimai-siyasi həyatında, iqtisadiyyatında oynadığı rol, 1994-cü ildə Bakıda Dövlət Neft Şirkəti ilə xarici ölkələrin iştirak etdiyi Neft konsorsiumu arasında Əsrin kontraktının imzalanması, bu kontraktın müasir həyatımıza göstərəcəyi təsir və s. mühüm əhəmiyyətli məsələlər filmdə öz əkini tapmışdır.
Film kontraktın imzalanma anından başlayır və ölkənin neft sənayesinin ilk neft quyularından tutmuş, müasir qazma qurğularına kimi inkişaf mərhələlərini bütünlüklə əks etdirir.Filmdə respublikada neftçıxarmanın vəziyyətinin təhlili verilmişdir.
Film "Əsrin Kontraktı" adlandırılan müqavilənin Azərbaycan üçün siyasi-iqtisadi əhəmiyyətini açıqlayır. XIX əsrin sonu, XX əsrin əvvəlində yaşamış neftxudalar haqqında epizodlar, ekologiyaya həsr olunmuş blok, Azərbaycan neft şirkəti nümayəndələri ilə müsahibələr filmə daxil edilmişdir. Neft kontraktının imzalanmasında respublika prezidenti cənab Heydər Əliyevin rolu xüsusilə vurğulanmışdır.
Əvvəllər neftin Azərbaycan xalqının başına çox bəlalar gətirdiyi müəllif mövqeyi kimi filmdə obrazlı ifadə olunmuşdur. Filmdə bu gün iqtisadi əməkdaşlığın yeni formasının Azərbaycanın çiçəklənməsinə gətirib çıxaracağına ümid bəslənilir.
"Əsrin Kontraktı" sənədli filmi respublikamızın salnaməsi üçün mühüm kino sənədidir.
Festivallar və mükafatlar
[redaktə | vikimətni redaktə et]- 1)1997-ci ildə
- Film rejissor işinə görə "Humay" Mükafatına layiq görülmüşdür.
Film haqqında
[redaktə | vikimətni redaktə et]Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Filmdə kinoxronika materiallarından istifadə olunmuşdur.
Filmin heyəti
[redaktə | vikimətni redaktə et]Film üzərində işləyənlər
[redaktə | vikimətni redaktə et]- Rejissor: Cahangir Zeynallı
- Ssenari müəllifi: Teymur Bəkirzadə, Cahangir Zeynallı
- Operator: Cahangir Zeynallı, Şərif Şərifov
- Səs operatoru: Kamal Seyidov
Sponsor
[redaktə | vikimətni redaktə et]- "Azərkinovideo" İB
Mənbə
[redaktə | vikimətni redaktə et]- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358-359.