İmam — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmam (ərəb. إمام — başçı) — islamda məscidə, dini ayinlərə rəhbərlik edən ruhani şəxs. "İmam" sözü həm də "nümunəvi şəxs" kimi izah oluna bilər. İslamda məcburi olan ümumi cümə namazı zamanı imam seçilir və o namaza rəhbərlik edir. Bu ayinin yerinə yetirilməsi zamanı 8 yaşına çatmış istənilən şəxs imam ola bilər.
Türkiyədə imamı namaz qılanlar özləri seçir, hakimiyyət isə onun statusunu təsdiqləyir. Adətən imamlar ilahiyyat təhsili alanlar arasından seçilir. İmamın geyimindəki fərqlər — ağ əmmamə və paltarın ağ ətəkləridir.
Şiəlikdə imam
[redaktə | mənbəni redaktə et]On iki imam teologiyasına görə (şiəlikdə) on iki imam Məhəmməd peyğəmbərin birbaşa mənəvi varisləri olmuşlar. İlk imam peyğəmbərin kürəkəni, dördüncü xəlifə İmam Əlidir. İmam Əli qətlə yetiriləndən sonra müsəlmanlar faktiki olaraq iki cəbhəyə bölünmüşlər — İmam Əlinin ardıcılları və əleyhdarları. İmam Əlinin ardıcılları (sonralar şiə adlandırılıblar) özlərinin mənəvi rəhbərləri kimi onun oğlu İmam Həsəni tanımışlar. İmam Həsən şiələrin ikinci imamı sayılır. Şiəlikdə sonuncu — on ikinci imam İmam Mehdidir. Zalım hökmdarların təqibindən qurtulmaq üçün o qeybə çəkilmişdir. İnanclara görə İmam Mehdi Allahın buyruğu ilə haqq-ədaləti bərpa etmək üçün dünyada zühur edəcək.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] İslam ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |