Əlibala Əsədullayev — Vikipediya
Əlibala Əsədullayev | |
---|---|
Azərbaycan SSR yerli sənaye naziri | |
29 iyul 1975 – 4 iyul 1979 | |
Əvvəlki | Ramazan Məmmədli |
Sonrakı | Ayaz Mütəllibov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | yanvar 1928 |
Doğum yeri | |
Vəfat tarixi | 5 mart 1981 (53 yaşında) |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
| |
Təltifləri | |
Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Əlibala Bəhram oğlu Əsədullayev 1928-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 1949-cu ildə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor kimi başlamışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan LKGİ Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir.[1]
1951–1956-cı illərdə S. M. Kirov adına zavodda texniki nəzarət şöbəsinin rəisi, sex rəisi işləmiş, baş mühəndis vəzifəsini icra etmişdir. 1957–1958-ci illərdə Petrov adına zavodun direktoru, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası (XTŞ) Maşınqayırma İdarəsinin baş mühəndisinin müavini olmuşdur.[2]
Əlibala Əsədullayev 1959-cu ildən 1965-ci ilədək Keşlə maşınqayırma zavodunun direktoru, Azərbaycan SSR XTŞ Maşınqayırma İdarəsinin rəisi, 1965-ci ilin noyabr ayından isə Azərbaycan Neft Sənayesi Maşınqayırma Birliyinin rəisi olmuşdur.[3] 1973–1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində maşınqayırma şöbəsinin rəisi vəzifəsində işləmişdir.[1] 1975-ci ilin iyul ayında Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir.[4] O, bu vəzifədə 1979-cu ilədək çalışmışdır.[1]
Əlibala Əsədullayev 1951-ci ildə Sov. İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir.[3] Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni, eləcə də SSRİ medalları ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adına layiq görülmüşdür. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[1]
Əlibala Əsədullayev 1981-ci ildə vəfat etmişdir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Ә. Б. Әсәдуллајев // Коммунист. № 57 (17691). 6 март 1981-ҹи ил. С. 3.
- ↑ Әсәдуллајев Әлибала Бәһрам оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 152.
- ↑ 1 2 Әсәдуллајев Әлибала Бәһрам оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 151.
- ↑ Asadullaev, Ali-Bala Bachram ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 28. ISBN 0-89664-011-6.