.tr — Vikipediya
.tr | |
---|---|
Təqdim olunma tarixi | 1987 |
Növü | yuxarı dərəcəli milli domen |
Status | aktiv |
Qeydiyyat | İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (Türkiyə) |
Vebsayt | trabis.gov.tr |
.tr — Türkiyənin internet kodu. Türkiyə və Şimali Kipr Türk Respublikasının internet ölkəsi olan yüksək səviyyəli domen adıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]İdarəni Yaxın Şərq Texniki Universiteti tərəfindən edilməkdə idi və 20 ildən artıqdır ki, fəaliyyət göstərdiyi qeydiyyatçı funksiyası 14 sentyabr 2022-ci ildə TRABİS fəaliyyətə başlayana qədər davam etdi.
2010-cu ildə İnformasiya Texnologiyaları və Rabitə Qurumu tərəfindən "İnternet Domen Adlarının Tənzimlənməsi" (TRABİS) nəşr edilmişdir. Bu qanun və tənzimləmə ilə 21 dekabr 2018-ci il tarixində ".tr" uzantılı domen adlarının təxsis səlahiyyəti (Qeydiyyat səlahiyyət funksiyası) Nic. TR-dən BTK-ya köçürülüb və müqaviləyə əsasən, 12 sentyabr 2022-ci ildə nic.tr bağlanmış və 14 sentyabr 2022-ci ildə .tr Şəbəkə İnformasiya Sistemi (TRABİS) fəaliyyətə başladı.
Təsnifat etmək üçün .com.tr, .gov.tr kimi ikinci səviyyəli domen adları satılır.
KKTC-nin rəsmi qurumları üçün gov.ct.tr domen adı istifadə olunur. Sadə .tr domen adı olan yeganə sayt Türkiyə Silahlı Qüvvələrinə aid olan www.tsk.tr-dir.