2008 Yay Olimpiya Oyunları — Vikipediya
XXIX Yay Olimpiya Oyunları | |
---|---|
çin. 第二十九届夏季奥林匹克运动会 | |
Şəhər | Pekin, ÇXR |
Şüar | Bir dünya, bir arzu (同一个世界 同一个梦想) |
İştirakçı dövlətlər | 204 |
İdmançıların sayı | 10,942 4,637 qadın, 6,305 kişi)[1] |
Açılış mərasimi | 8 avqust |
Bağlanış mərasimi | 24 avqust |
Rəsmən açılışı edib | 8 avqust |
Olimpiya andı | Çjan İnin |
Andı söyləyən hakim | Xuan Lipin |
Olimpiya məşəli | Li Nin |
Stadion | Pekin Milli Stadionu |
Vikianbarda əlaqəli mediafayllar |
XXIX Olimpiya Oyunları və ya 2008 Yay Olimpiya Oyunları (ing. 2008 Summer Olympics, fr. Jeux Olympiques d'été de 2008, çin. 2008年夏季奥林匹克运动会) — 8–24 avqust 2008-ci il tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçirilmişdir. Bu şəhərdə keçirilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 13 iyul 2001-ci ildə Moskvada toplanan 112-ci sessiyasında verilmişdi. Keçirilmiş səsvermənin nəticəsinə əsasən Çin paytaxtı Toronto, Paris, İstanbul və Osakanı qabaqlamışdı.
Pekinlə yanaşı bəzi oyun növləri üzrə yarışlar Honkonq, Tyançzin, Çzindao, Çzinhuandao, Şanxay və Şenyan şəhərlərində keçirilmişdir.
Oyunların açılış mərasimi Çin standart vaxtına görə 08.08.08-ci il tarixində saat 08:08:08-də Pekin milli stadionunda baş tutdu. 28 idman növü üzrə keçirilən 302 yarışda 204 ölkədən 11 000-dən artıq atlet iştirak edirdi. Monteneqro, Marşall adaları və Tuvalu komandaları ilk dəfə bu Olimpiya oyunlarında debüt etmişdilər.
Rəmzləri
[redaktə | vikimətni redaktə et]Emblemi
[redaktə | vikimətni redaktə et]Oyunların Təşkilat komitəsi 2003-cü ilin martında Çin Olimpiya Komitəsinə 1985-ci ildən bəri göndərilən eskizlər arasından 30 layihəni seçərək Beynəlxalq Olimpiya Komitəsinə göndərdi. Həmin layihələr arasından seçilən emblemin tanıtımı 3 avqust 2003-cü ildə Pekindəki Səma məbədində keçirildi. Bu emblem "Rəqs edən Pekin" adını almışdır. O, 3 hissədən ibarətdir: Olimpiya həlqələri, ingilis dilində "Beijing 2008" yazısı və idmançı fiquruna bənzəyən kalliqrafik üsulla yazılmış "çzin" (京, paytaxt) heroqlifi.
Tilsimləri
[redaktə | vikimətni redaktə et]Oyunların tilsimləri Olimpiadanın başlamasına 1000 gün qalmış, 2005-ci il noyabrın 11-də elan edilmiş Uğur uşaqlarıdır (çin. 福娃 [fuva]). Çin fəlsəfəsinə görə onların sayı 5-ə bərabərdir: balıq, nəhəng panda, od, Tibet antilopu və qaranquş. Adları isə müvafiq olaraq Bey-bey, Çzin-çzin, Huan-huan, İn-in və Ni-nidir. Əgər bu adların birinci hissələrini ard-arda oxusaq onda "Bey-çzin huan-in ni" (北京欢迎你), yəni "Pekin sizi salamlayır" ifadəsi alınacaq.
Şüarı
[redaktə | vikimətni redaktə et]26 iyun 2005-ci ildə Çin Olimpiya Komitəsi oyunların şüarının "Bir dünya, bir arzu" (ing. One World, One Dream; çin. 同一个世界同一个梦想) ifadəsi olacağını elan etdi. Bu şüar 210 000 variant arasından seçilmişdir.
Televiziya yayımı
[redaktə | vikimətni redaktə et]XXIX Olimpiya Oyunları HD texnologiyası ilə yayımlanan ilk Olimpiada olmuşdur və ekran başında 4 milyard tamaşaçı topladığı hesab olunur.
Ölkələrin göstərdiyi nəticələrı
[redaktə | vikimətni redaktə et]Medalların ümumi sayı | |||||
---|---|---|---|---|---|
№ | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
1 | ÇXR | 51 | 21 | 28 | 100 |
2 | ABŞ | 36 | 38 | 36 | 110 |
3 | Rusiya | 23 | 21 | 28 | 71 |
4 | Böyük Britaniya | 19 | 13 | 15 | 47 |
5 | Almaniya | 16 | 10 | 15 | 41 |
6 | Avstraliya | 14 | 15 | 17 | 46 |
7 | Cənubi Koreya | 13 | 10 | 8 | 31 |
8 | Yaponiya | 9 | 6 | 10 | 25 |
9 | İtaliya | 8 | 10 | 10 | 28 |
10 | Fransa | 7 | 16 | 17 | 40 |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Beijing 2008 Summer Olympics Games". Beynəlxalq Olimpiya Komitəsi. June 23, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel, 2015.