28 May (qəsəbə) — Vikipediya
28 May | |
---|---|
40°27′43″ şm. e. 49°38′18″ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
28 May — Azərbaycan Respublikasınnın Binəqədi rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 21 may 2004-cü il tarixli, 674-IIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsi Xocasən qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, 28 May qəsəbə inzibati ərazi vahidi yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun 28 May qəsəbəsindən 254 ha torpaq sahəsi Abşeron rayonunun Xırdalan qəsəbəsinə verilmişdir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qəsəbənin bir hissəsi XX əsrin 90-cı illərində Xocəsən qəsəbəsinin inzibati ərazisinə daxil olmuşdur. 2003-cü ildə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur. 2004-cü ildə 28 May qəsəbə inzibati vahidi yaradılmışdır.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2004-cü ildən fəaliyyətə başlamış, işçilərin sayı 4 nəfərdir.[4]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Qəsəbə rayon mərkəzindən 20 km aralı, Abşeron yarımadasının qərbində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Qəsəbədə yaşayan əhalinin sayı 7011 nəfər (01 yanvar 2013), qeyri rəsmi (qeydiyyatsız yaşayan) 10.000 nəfər təşkil edir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalisi əsasən kənd təsərrüfatı, kənd təsərrüfatı məhsulları emalı müəssisələrində və sosial obyektlərdə çalışır.[5]
Təhsil
[redaktə | mənbəni redaktə et]Qəsəbədə 329 saylı 120 yerlik uşaq bağçası, 306 saylı 507 şagird yerlik orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.stat.gov.az.
- ↑ "Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 21 may 2004-cü il tarixli, 674-IIQ saylı Qərarı". 29 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2022.
- ↑ "Azərbaycan Respublikasının Abşeron və Bakı şəhəri Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2 oktyabr 2006-cı il tarixli, 148-IIIQ saylı Qərarı". 2023-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
- ↑ "28 May qəsəbəsi". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-15.
- ↑ Əfəndiyev V. Ə., Qadımov F. E. Azərbaycanda qəsəbə. Bakı: EMK nəşriyyatı, 2013, s.115
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Bakı şəhəri ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |