8 (ədəd) — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
8 | |
---|---|
səkkiz | |
← 6 · 7 · 8 · 9 · 10 → | |
Faktorizasiya | 23 |
Rum rəqəmi | VIII |
İkili | 1000 |
Səkkizlik | 10 |
Onaltılıq | 8 |
Vikianbarda əlaqəli mediafayllar |
Səkkiz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Yeddidən sonra, doqquzdan əvvəl gəlir.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Əski təsəvvurləri qoruyub cağımıza catdıran mənbələrdə elə səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin ufuqi və şaquli vəziyyətini simvollaşdırır. Bundan savayı, bəzi turk xalqlarının mifoloji inamlarına gorə, səkkiz sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada gorə, dord kimi səkkiz də yeraltı aləmin, gecənin, qışın simvoludur.
Səkkiz sayının sehrli məna daşımasına, dunyanın ufuqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli duşunmuş və butun kainatı nurlandıran Gunəşi də elə səkkizşualı təsəvvür etmişlər. Yəni Gunəşin səkkiz şuası dunyanın səkkiz guşəsinə istilik, işıq paylayır.
Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan Dovlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.
Azərbaycan Demokratik Respublikasının qurucuları tərəfindən düşünülmüş olaraq qəbul edilmiş bu səkkizguşəli gerb və bayraqdakı ulduz bilavasitə dunyanın səkkizguşəli olması ilə bağlı məsələdir. Mifoloji təsəvvürə gorə, Tanrı göydə ilk, yəni Baş şamanı xəlq etdikdən sonra onun olacağının qarşısında səkkizbudaqlı bir ağac da bitirmişdir. Tanrı səkkiz səmtə uzanan bu ağaca da əbədiyaşarlıq bəxş etmişdir.
Yerdə də türk xalqları Tanrının bitirdiyi "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacın simvolu olaraq olacağın – cadırın qapısı qarşısında bir dirək ucaltmış və "Dünyanın dirəyi" adlandırdıqları bu ucaltdıqlarına səkkiz səmtə uzanan səkkiz budaq da bağlayıb bərkitmişlər.
Deməli, Azərbaycan gerb və bayrağındakı ulduzu səkkizguşəli duşunənlər də, sözsuz, dünyanın səkkiz güşəsini bildirən "yıxılmaz", "solmaz", "əbədiyaşar" ağacı və səkkizşüalı Günəşin əlamətlərini simvol tək nəzərdə tutmuşlar.
Səkkizguşəli ulduzun, hilalın – Ayın ağuşunda təsviri də mənasız deyil. Arxada səkkiz sayının qadın başlanğıcı olduğunu xatırlatmışdıq. Dunyanın cox xalqlarının, eləcə də turklərin mifoloji təsəvvurundə Gunəş qadın, Ay kişi başlanğıcıdır.
Bayrağımızdakı səkkizguşəli ulduzun hilala – kişiyə sığınması səkkiz Gunəş ovladının – dunyanın səmtlərini bildirən səkkiz şuanın – qız ovladların ataya arxalanması simvoludur.
Riyaziyyatda
[redaktə | mənbəni redaktə et]- Səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
- Fibonaççi ədədləri sırasının 6-cı ədədidir.
- Oktaedrin üzlərin sayıdır.
- Kubun təpə nöqtələrinin sayıdır.
Elmdə
[redaktə | mənbəni redaktə et]- Oksigenin atom rəqəmi.
- Günəş sistemində 8 planet var. Günəş — Neptuna qədər.
İnam və etiqadlarda
[redaktə | mənbəni redaktə et]Təbii ki, siz uşağınızın korlanmasını istəmirsiniz. "Səkkizincilər" numerologiya silsiləsindən ən cazibədar uşaqlardı. Xasiyyətləri pis olmur. Valideynləri onların cilovunu hər zaman əlində saxlamalı, lazım olanda iplərini yığmağı bacarmalıdırlar. Hətta ailədə ağalıq etmək istəyən bu uşaqlara hər zaman yerini göstərmək lazımdır. Ancaq bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki "səkkizinci"lər çox həssas olur. Ailədə kimin söz sahibi olduğunu anlayan kimi bu uşaq sakitləşir. Səkkiz rəqəmi güc və hakimiyyəti ifadə etdiyinə görə, bu uşaqlara kiçik yaşlarından pisi yaxşıdan ayırmağı öyrətmək lazımdır. "Səkkizinci" uşaqlar müstəqillikləri ilə yanaşı, çox qısqanc olurlar. Anlatmaq lazımdır ki, başqalarına göstərilən qayğıdan ona da göstərilir. Çox tələbkar, inadcıldırlar.
Qurani-Kərimdə
[redaktə | mənbəni redaktə et]- Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.[1]
- Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)[2]
- (Şüeyb) dedi: "Səkkiz il mənə xidmət etmək (qoyunlarımı otarmaq) şərti ilə qızlarımın birini sənə ərə verərəm. Əgər sən (həmin müddəti) tamamlayıb on ilə çatdırsan, bu, artıq sənin tərəfindən (olan bir lütfdür). Mən (on il müddətinə şərt kəsməklə) sənə əziyyət vermək istəmirəm. İnşallah, mənim saleh (əhdə vəfa edən) kəslərdən olduğumu görəcəksən!"[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Haqqə surəsi, 7
- ↑ Zumər surəsi, 6
- ↑ Qəsəs surəsi, 27
Mənbə
[redaktə | mənbəni redaktə et]- Bryan Bunch, The Kingdom of Infinite Number. New York: W. H. Freeman & Company (2000): 88
- Georges Ifrah, The Universal History of Numbers: From Prehistory to the Invention of the Computer transl. David Bellos et al. London: The Harvill Press (1998): 395, Fig. 24.68
- Steven C. Bourassa, Vincent S. Peng (1999), "Hedonic Prices and House Numbers: The Influence of Feng Shui", International Real Estate Review 2 (1): 79–93, http://www.umac.edu.mo/fba/irer/papers/past/vol2_pdf/079-093LN-NZ.pdf Arxivləşdirilib 2015-04-13 at WebCite
- "Patriot games: China makes its point with greatest show" by Richard Williams, The Guardian, published 9 August 2008
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Riyaziyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |