Ağıllı şəhər — Vikipediya
Ağıllı şəhər — məlumat toplamaq üçün müxtəlif növ elektron lot sensorlarından (əşyaların interneti) istifadə edən və sonra subyektləri, resursları və xidmətləri səmərəli idarə etmək üçün əldə edilən bu məlumatlardan istifadə edən yaşayış məskənidir. Ağıllı şəhər texnologiyaları yol infrastrukturu və nəqliyyat sistemləri, elektrik stansiyaları, kommunal xidmətlər, su şəbəkələri, tullantıların idarə edilməsi, asayişin qorunması və təhlükəsizlik, informasiya sistemləri, məktəblər, kitabxanalar, xəstəxanalar və digər ictimai xidmətlərə nəzarət etmək və idarə etmək üçün vətəndaşlardan, cihazlardan və digər subyektlərdən məlumatların toplanmasını və analizini, həmçinin çevik və dəqiq həll yollarını təmin edir. Ağıllı şəhər konsepsiyası şəhərin gündəlik fəaliyyətini və xidmətlərinin səmərəliliyini optimallaşdırmaq, vətəndaşlarla qarşılıqlı əlaqə yaratmaq üçün informasiya və kommunikasiya texnologiyalarının və IoT şəbəkəsinə qoşulmuş müxtəlif fiziki cihazları inteqrasiyasıdır. Ağıllı şəhər texnologiyası şəhər rəhbərliyinə həm icma, həm də şəhər infrastrukturu ilə birbaşa əlaqə və şəhərdə baş verənləri və şəhərin necə inkişaf etdiyini izləmə imkanı verir. Bu tip şəhərlərdə İKT şəhər xidmətlərinin keyfiyyətini, səmərəliliyini və qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq, xərcləri və resurslara asılılığı azaltmaq, vətəndaşlarla hökumət arasında əlaqəni artırmaq üçün istifadə olunur. Ağıllı şəhərlərdə istifadə olunan proqramlar şəhər axınlarını idarə etmək və real vaxt rejimində reaksiya vermək üçün hazırlanmışdır. Ağıllı şəhərlər ağıllı cihazlardan əldə edilən məlumatlarla işləyir. Bu ağıllı cihazlar telefonlar ya da avtomobillərdə olan sensorlar belə ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.[1]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Yollardakı tıxaclar və nəqliyyat problemlərinin azaldılması
[redaktə | mənbəni redaktə et]Yollardakı tıxaclar bir çox şəhər əhalisinin ümumi problemidir, lakin texnologiya sayəsində perspektivli həllər artır. Məsələn, ictimai nəqliyyat marşrutları real vaxt rejimində tələbata uyğun tənzimlənə, ağıllı işıqforlar və ağıllı dayanacaqlar kimi sistemlərdən istifadə edilə bilər. Bu tətbiqlərə misal olaraq Çinin Qunçjou şəhərində süni intellektə əsaslanan ağıllı şəhər proqram təminatı göstərilə bilər ki, bu da nəqliyyat sıxlığını 15% azaldır.
Enerji səmərəliliyinin artması
[redaktə | mənbəni redaktə et]Ağıllı şəhərlər həmçinin real vaxt rejimində enerji istifadəsinə nəzarət etmək və enerji istehlakını azaltmaq üçün texnologiyadan istifadə edirlər. Məsələn, Amsterdamda evlər üçün enerji istehlakını azaltmaq üçün ağıllı enerji sayğacları təklif olunur. Nyu-Yorkda isə real vaxt məlumatları ilə küçə işıqlarının tənzimlənməsinə və ya qaralmasına imkan verən LED texnologiyasından istifadə edilir. Bu nümunələrlə yanaşı, havanın çirklənməsinin monitorinqi sistemləri və ekoloji cəhətdən təmiz binalar da planlaşdırmaya inteqrasiya oluna bilər.
Şəhərlərin təhlükəsizliyinin artırılması
[redaktə | mənbəni redaktə et]Wi-Fi bağlantısı, IoT texnologiyaları və CCTV kameralarının geniş istifadəsi ilə şəhərdə təhlükəsizliyi artırmaq mümkündür. Məsələn, Nyu-Orleanda ictimai təhlükəsizlik üçün Burbon küçəsindən və kəsişmələrdən real vaxt rejimində video məlumatlar birbaşa təhlil edilir.
Vətəndaşlarla işbirliyinin artması
[redaktə | mənbəni redaktə et]Ağıllı şəhərlər haqqında bəlkə də ən maraqlı tətbiqlərdən biri vətəndaşların prosseslərdə daha çox iştirak etməyə təşviq edilməsidir. Hazırda bu istiqamətdə ən çox yayılmış təcrübə vətəndaşlara yerli problemləri daha asan bildirməyə imkan verən proqramlar, ştrix-kodlar və icma şəbəkə platformalarıdır.
Əlverişli infrastruktur
[redaktə | mənbəni redaktə et]Şəhərlərin mövcud strukturu artan şəhər əhalisinin gətirəcəyi infrastruktur yükünün öhdəsindən gəlmək üçün kifayət deyil. Şəhər adminstrasiyası elektrik enerjisi, qaz və sudan səmərəli istifadəyə diqqət yetiriblər. Bundan əlavə, yollar, körpülər, tunellər, dəmir yolu nəqliyyatı, metro, hava limanları, dəniz limanları, rabitə daxil olmaqla bütün kritik infrastrukturların vəziyyətini izləyən, məlumatları qiymətləndirən və resurs strukturunu optimallaşdıran, profilaktik baxım planları hazırlayan və bu sistemlərin təhlükəsizliyini təmin edən texnologiyalar ağıllı şəhərləri əvəzolunmaz edir.
Şəhər iqtisadiyyatının artırılması
[redaktə | mənbəni redaktə et]Ağıllı texnologiyalarla inteqrasiya olunmuş şəhər həyatı bu texnologiyalardan istifadə etmək bacarığına malik vətəndaşlar üçün şəhərlərdə yeni iş imkanlarının yaradılmasına öz töhfəsini verəcək.
Davamlılıq və ekoloji töhfələr
[redaktə | mənbəni redaktə et]Resurslardan səmərəli istifadə edildiyi, karbon izlərinin azaldıldığı, universal təsirlərin minimuma endirildiyi və istifadəçilərin yaşayış səviyyəsinin yaxşılaşdırıldığı (hava, su və ətraf mühitin keyfiyyəti baxımından) yaşıl texnologiyalarla hərtərəfli işləmək ən real olan ağıllı şəhərlərdir. Bu, həmçinin qlobal istiləşmə və iqlim dəyişikliyi problemlərinə həll yolları yarada biləcək unikal yanaşmadır.[2]
Ağıllı şəhərlərin işləməsi
[redaktə | mənbəni redaktə et]Ağıllı şəhər ağıllı cihazların, yəni buna misal telefon ve ya avtomobillərdə olan sensorlar ola bilər. Bu cihazlar kifayət qədər məlumat təmin etdikdə isə, məsul şəxslər şəhərin ehtiyaclarını müyəyyən edə və lazımlı infrastruktur işlərini başlada bilərlər.
Nümunələr
[redaktə | mənbəni redaktə et]Smart City Index 2021 siyahısına görə, dünyanın ən yaxşı on ağılı şəhərləri (birincidən başlayaraq) Sinqapur, Sürix, Oslo, Taybey, Lozanna, Helsinki, Kopenhagen, Cenevrə, Oklend və Bilbaodır.[3][4]
Tənqidi
[redaktə | mənbəni redaktə et]- Strateji planlaşdırmada tərəflilik qeyri-ICT inkişaf yollarına məhəl qoymamaqla nəticələnə bilər.[5]
- Özəlliklə aşağı gəlirli ölkələrdə ağıllı şəhərlər kasıblıqda yaşayan və bəsit xidmətlərdən məxrum edilmiş şəhər əhaisi üçün yersizdir. Ağıllı şəhərlərə verilən diqqət bərabərsizliyi və marginallaşmanı daha da pisləşdirə bilər.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ağıllı şəhər nədir və həyatımızı necə asanlaşdırır?". https://news.milli.az/interest/696409.html. news.milli.az. 16 май 2023 10:57:57 UTC tarixində Şərh Baxış: 7 741 arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 16 may 2023.
- ↑ crearticle.com. "Akıllı Şehir Nedir? Neden Akıllı Şehirlere İhtiyacımız Var?". entes.com.tr (türk). 03.12.2020. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2022.
- ↑ "Smart City Observatory Web Page". IMD business school (ingilis). 19 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
- ↑ Ariyo, Olufemi. "Dubai: A tech-driven smart city". TheCable. 10 May 2022. 19 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
- ↑ Greenfield, A. Against the Smart City. London: Verso. 2013. ASIN B00FHQ5DBS.
- ↑ Watson, Vanessa. "African urban fantasies: dreams or nightmares?". Environment and Urbanization. 26 (1). 6 December 2013: 215–231. doi:10.1177/0956247813513705. ISSN 0956-2478.