Ağabəyli (Ağcabədi) — Vikipediya

Ağabəyli
40°03′47″ şm. e. 47°22′04″ ş. u.HGYO
Ölkə
Region Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 36 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 563 nəf. (2015)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0434
Xəritəni göstər/gizlə
Ağabəyli xəritədə
Ağabəyli
Ağabəyli
Ağabəyli xəritədə
Ağabəyli
Ağabəyli

AğabəyliAzərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[4]

Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır.[5] Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir.

Əhalisi 626 nəfərdir.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə "Atropatena" şirkəti tərəfindən inşa olunan "Atena" süd məhsulları kombinatı fəaliyyət göstərir. Kombinatın açılışı 6 may 2011-ci ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[6] Əhali əsasən əkinçilik və heyvandarlıq ilə məşğul olur.

2 oktyabr 2012-ci ildə Ağabəyli 80 yerlik kənd ümumi orta məktəbinin yeni binasının açılışı olmuşdur.[7][8][9]

  1. 1 2 https://archive.is/7ojfh.
  2. https://archive.is/imQyJ.
  3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  4. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
  5. Ağabəyli (Ağcabədi) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  6. İlham Əliyev Ağcabədi rayonunun Ağabəyli kəndində tikilən "Atena" süd məhsulları kombinatının açılışında iştirak etmişdir Arxivləşdirilib 2017-07-19 at the Wayback Machine president.az  (az.)
  7. "Təhsil - AĞCABƏDİ RAYON İcra Hakimiyyəti". agcabedi-ih.gov.az. 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2017.
  8. "Ağcabədidə yeni təhsil binaları inşa edilir". AZƏRTAC. 6 may 2012. 1 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2017.
  9. Vəliyev, Novruz. "Ağcabədi rayonu Ağabəyli kənd ümumi orta məktəbinin açılışı olmuşdur. -". AzPRESS.AZ (az.). AzPRESS.az. 2 oktyabr 2012. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2017.