Ağac — Vikipediya
Ağac — qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitki.
Ağac, ağacların və digər bitkilərin əsas gücləndirici və qida keçirici toxuması və ən bol və çox yönlü təbii materiallardan biridir. Həm gimnospermlər, həm də angiospermlər də daxil olmaqla bir çox botanika növləri tərəfindən istehsal olunan ağac müxtəlif rənglərdə və taxıl naxışlarında mövcuddur. Ağırlığına görə güclüdür və elektrik enerjisini izolyasiya edir və arzu olunan akustik xüsusiyyətlərə malikdir. Bundan əlavə, o, metal və ya daş kimi rəqabət aparan materiallarda olmayan “istilik” hissi verir və nisbətən asanlıqla işlənir. Material olaraq ağac insanlar Yer üzündə görünəndən bəri istifadə olunur. Bu gün texnoloji tərəqqiyə və metallar, plastiklər, sement və digər materiallarla rəqabətə baxmayaraq, ağac ənənəvi rollarının əksəriyyətində yerini qoruyur və onun xidmət qabiliyyəti yeni istifadələr hesabına genişlənir. Taxta, mebel və kontrplak kimi məşhur məhsullara əlavə olaraq, ağac ağac əsaslı panellər, sellüloz və kağız və bir çox kimyəvi məhsullar üçün xammaldır. Nəhayət, odun hələ də dünyanın əksər hissəsində mühüm yanacaqdır.
Xarakteristikası
[redaktə | mənbəni redaktə et]İnkişaf etmiş kök, gövdə, yarpaq, çiçək, meyvə və toxuma malik olan ağaclar ali bitkilərdir. Ağacların gövdələri hündür və odunlaşmış olur, gövdə budaqlanaraq çətir əmələ gətirir. Çinar, qoz, fıstıq, şam, vələs, palıd, armud kimi bitkilərdə gövdə inkişaf etmiş oduncağa malikdir. Orta hündürlükdə bir ağacdan təxminən 170 000 karandaş hazırlamaq olar. Müxtəlif ağacların diametri 12 sm-dən 160 sm-ə qədər dəyişir. Yetkin meşə ağaclarının yaşı 120–160 ildir. Respublikamızda yaşı 1000 ili ötən yoğungövdəli çinar, palıd, azatağac və qaraçöhrə ağacları mövcuddur.[1] Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir. Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edər. Ağac ona lazım olan qidanın 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır. Digər canlılarla müqayisədə, ağaclar planetimizin ən uzun ömürlü varlıqlarıdır.
Dendrologiyada ağaclar boylarına görə aşağıdakı təsnifata bölünür:[2]
- Hüdürboylu ağaclar- boyu 20 m-dən çox. Bu ağac növlərinə meşəəmələgətirən ağaclar daxildir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın, qovaq, göyrüş, qoz, şabalıd və s.);
- Ortaboylu ağaclar- boyu 10–20 m (quşarmudu, söyüd, çöl ağcaqayını və s.);
- Alçaqboylu ağaclar- boyu 7–10 m (alma, yemişan, ardıc və s.). Ağaclar yarpaqlarının quruluşuna görə iki yerə bölünür:
- Enliyarpaqlılar
- İynəyarpaqlılar
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Məlumatı yoxla. |
- Boyu 140–150 m-dək ucalan Avstraliya evkalipti və ABŞ-nin Kaliforniya ştatında bitən sekvoya ağacı dünyanın ən hündür ağaclarıdır.
- Ən yoğun gövdəli ağac Afrika baobabıdır (diametri 14 m-dək çatır).
- Ən qədim kök sisteminə malik ağac İsveçdədir. Onun təxminən 9 min il yaşı var.
- Ən qədim ağac ABŞ-də bitən şam ağacıdır. Bu ağacın 4500 yaşı var.
- Ən qeyri-adi palıd ağacı Fransadadır. Alimlərin fikrincə, bu ağacın təxminən 1000 yaşı var. Ağacın gövdəsi üzərində tamamilə təbii üsulla yaranmış iki ədəd kilsə qülləsinə bənzər qüllə var. Onun qəribəliyi də elə bundadır. Qüllələrə çıxmaq üçün ağacı əhatə edən dolama pillələrdən istifadə olunur.
- Dünyanın ən möhkəm ağacı Rusiyada bitən Şmidt tozağacıdır. Bu ağaca nə balta, nə də güllə batır.
- Ətirli qatran qurudulmuş ağac şirəsindən hazırlanır.
- Tozağacı ildə milyondan çox toxum istehsal edir.
- Afrika Baobab ağacının gövdəsinin diametri onun boyu qədərdir. Baobab ağacı uçan siçanlar vasitəsilə tozlanır, bunun üçün də onun 20 santimetr diametrində olan yarpaqları axşama doğru açılır səvhvahər isə düşürlər
Qalereya
[redaktə | mənbəni redaktə et]- İynəyarpaqlı ağac
- Daintree Yağış meşəsi
- Adi kül yarpaqlı ağac
- Svabiya alplarında iynəyarpaqlılar
- Açılmamış maqnoliya qönçəsi