Ağbaş kərkəs — Vikipediya
Ağbaş kərkəs | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ağbaş kərkəs | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Qısa təsviri
[redaktə | vikimətni redaktə et]İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür.
Yayılması və həyat tərzi
[redaktə | vikimətni redaktə et]Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür. Azərbaycanda dağlıq rayonlarda nəsil verir, yem üçün düzənliyə qədər uçur.
Yaşayış yeri və həyat tərzi
[redaktə | vikimətni redaktə et]Sıldırım qayalıqda yaşayır (meşəsiz yerdə). Kolonial quşdur. Yuvaları sıldırım qaya üzərində yerləşir. Koloniyada 2-5 yuva olur. Yuvaların arası 40-110 m dir. Zoopark şəraitində cütləşməsi yanvar ayından aprelə qədər uzanır və yerdə gedir (1 dəqiqə). Mart ayında bir ədəd ağ yumurta verir, 50 gün kürt yatır. İyul ayında pərvaz balası müşahidə edilir. Əsas yemi leşdir. Daxili orqanları və əzələni xoşlayır, skelet yemir. Leş tapanda çox yeyib, uzun müddət ac qala bilir.
Sayı və azalma səbəbi
[redaktə | vikimətni redaktə et]XIX əsrdə çoxsaylı, XX əsrdə adi saylı, son 20-25 ildə nadir olub. Azərbaycanın 17 ornitocoğrafi sahəsindən 6-da nəsil verməsinə baxmayaraq sayı azalıb. XX əsrin axırında 150, 2007-2008-ci illərdə isə 86 quş sayılıb.
Məhdudlaşdırıcı amillər
[redaktə | vikimətni redaktə et]Uzun müddət zərərli hesab edilib təqib olunması, yem bazasının zəifləməsi və zəhərlənməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | vikimətni redaktə et]Ovlanması və satışı qadağandır. Naxçıvan MRin Qırmızı kitabına daxil edilib. Zooparklarda nümayiş etdirilib əhaliyə tanıdılır. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | vikimətni redaktə et]Yem bazasının qorunması, yuvası yaxınlığına 5-10 gündə bir dəfə leş qoyulması, yuva sahəsinin təbii abidə elan edilməsi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3