Aşıq Qərib — Vikipediya

Aşıq Qərib
Doğum tarixi XVI əsr
Vəfat tarixi XVII əsr
Fəaliyyəti aşıq, şair
Vikimənbənin loqosu Aşıq Qərib Vikimənbədə

Aşıq Qərib (XVI əsrXVII əsr) — aşıq, şair

Aşıq Qəribin həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yazmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir.

Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Təbrizli bir tacirin oğludur. Atasından sonra gənc və təcrübəsiz olduğu üçün bütün var-dövlətini əldən verir. Anasını və bacısını tək qoyaraq Tiflisə ticarətə gedir. Ona yuxuda buta verilir və o yuxudakı qızı tapır. Lakin qızın ailəsi Qəriblə evlənmək üçün küllü miqdarda mal-dövlət istəyirlər. Qərib sevgilisinə çatmaq üçün uzun zaman qürbətdə yaşayır.

Aşıq Qəribin yaradıcılığı əsasən dastanlar, xalq rəvayətləri antologiyalarında yer almışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]