Adi sığırçın — Vikipediya
Adi sığırçın | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Klad: Yarımdəstə: Fəsilə: Cins: Növ: Adi sığırçın | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi sığırçın (lat. Sturnus vulgaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sığırçınlar fəsiləsinin sığırçın cinsinə aid heyvan növü.
Azərbaycanda 4 yarımnövü qeydə alınmışdır. Qafqaz yarımnövü Samur, Dəvəçi ovalığını, Lənkəran sahəsini, Kiçik Qafqazın dağətəklərində məskunlaşır. Qalan 2 yarımnöv aran rayonlarda qışlamada müşahidə olunur. Yaşlı sığırçın qara rəngdə parlaq metallik çalarlıdır. Qanadları və quyruğu qonurdur. Payız-qış mövsümündə bütün bədəni sıx-ağ çillərlə örtülür. Cavanlar qonurdur. Sürü halında gəzir. Yemini torpaqda və ağaclarda yığır. Çox vaxt ev heyvanları ilə qida kommensalizini və protokooperasiya əmələ gətirir. Növün Arealı Avropa, Asiya, Şimal-Qərbi Afrikadır. Arealın cənub hissələrində qışlayır. Azərbaycanda adi oturaq quşdur. Qış mövsümündə şimaldan və dağlardan uçub gəlmiş fərdlərin hesabına aran rayonlarında çoxsaylı olur. Yerli populyasiyanın fərdləri mövsüm ərzində 2 dəfə çoxalır. Yuvasını qapalı şəraitdə koğuşlarda, yuvalarda, binaların amları altında və.s qurur. Aprel-iyulda 4-7 göy yumurta qoyur. Valideynlərin təkrar çoxalma dövründə cavanlar ayrıca dəstələr əmələ gətirir. Həşərat və giləmeyvə ilə qidalanır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3