Adil Əliyev (geoloq) — Vikipediya

Adil Əliyev
Adil Abas Əli oğlu Əliyev
Doğum tarixi (94 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi geologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adı professor
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları
"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2005 Azərbaycan Respublikasının Dövlət mükafatı — 2010
"Şöhrət" ordeni — 2018

Adil Abas Əli oğlu Əliyev (7 sentyabr 1930, Bakı) — neftçi-geoloq, geokimyaçı, vulkanoloq, Azərbaycan Respublikası Dövlət Mükafatının ilk laureatı, Əməkdar elm xadimi, AMEA Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri, professor.

Adil Əliyev 1930-cu il sentyabrın 7-də Bakıda anadan olub. O, 1949-cu ildə paytaxtın 3 nömrəli orta məktəbini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olub. 1954-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, neftçi-geoloq ixtisasına yiyələnib. Alim elmi fəaliyyətinə həmin ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda (indiki GGİ) başlayıb.[1]

O, 1954-cü ildə “Neft və qazın geologiyası” ixtisası üzrə aspi­ran­tu­raya qəbul olunub, 1958-ci ildə namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini alıb. Bir ildən sonra böyük elmi işçi vəzifəsinə yüksələn alim sonrakı illərdə Bituminologiya və süxurların üzvi maddələri (1969-1970) və Palçıq vulkanlarının geokimyası (1972-1986) laboratoriyalarına rəhbərlik edib. 1986-1990-cı illərdə Suriya Neft Şirkətində (Dəməşq şəhərində) baş mühəndis-geokimyaçı və elmi məsləhətçi vəzifələrində işləyib. A.Əliyev 1992-ci ildə “Palçıq vulkanizminin geo­kim­yası və böyük dərinliklərin neft-qazlılığı” mövzusunda doktor­luq dissertasiyası müdafiə edib. 1997-ci ildən Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinə rəhbərlik edir.

Alim 300-dən çox elmi əsərin, o cümlədən 15 kitabın müəllifidir. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunub, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb. Son illər ərzində professorun rəhbərliyi ilə 10-dan çox elmlər və fəlsəfə doktoru hazırlanıb.[2]

O, 2005-ci ildə “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adına,[3] 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə,[4] 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına (№001),[5] 2018-ci ildə “Şöhrət” ordeninə[6] layiq görülüb, eləcə də bir sıra medal, diplom və fəxri fərmanlarla təltif edilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Əliyev Adil Abas Əli oğlu" (az.). science.gov.az. 2023-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  • "Palçıq vulkanizmi şöbəsi" (az.). science.gov.az. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  1. "Professor Adil Əliyevi 90 illik yubileyi münasibətilə təbrik edirik!" (az.). science.gov.az. 2020-09-07. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  2. "Professor Adil Əliyev: "Azərbaycanın palçıq vulkanlarını ən müasir cihazlarla tədqiq edirik"" (az.). science.gov.az. 2022-09-02. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  3. "Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 dekabr 2005-ci il)" (az.). e-qanun.az. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  4. "Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (18 mart 2008-ci il)" (az.). e-qanun.az. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  5. "2010-cu il üçün Azərbaycan Respublikasının Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (26 may 2010-cu il)" (az.). e-qanun.az. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  6. "Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (13 noyabr 2018-ci il)" (az.). president.az. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.