Afina məktəbi (Rafael) — Vikipediya
Afina məktəbi | |
---|---|
it. Scuola di Atene | |
![]() | |
Rəssam | Rafael Santi |
Tarixi | 1509-1510 |
Üslubu | Freska |
Ölçüləri | 550 sm × 770 sm |
Saxlanıldığı yer | ![]() |
Saytı | wga.hu/html/r/raphael/4s… wga.hu/html/r/raphael/4s… |
İnventar nömrəsi | 6306a. |
![]() |
Afina Məktəbi (it. Scuola di Atene) — Rafael Santinin Apostol sarayında yaratdığı əsər. "Afina məktəbi" əsəri Rafaelin, eləcə də bütün Renessans incəsənətinin ən tanınmış əsərlərindən biridir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Freska sarayın Stanze di Raffaello (Rafael otaqları) adlanan və pontifikin şəxsi istifadəsi üçün nəzərdə tutulmuş dörd otaqdan birində yerləşir. Papa II Yuli (hakimiyyət illəri 1503 - 1513) həmin otaqları rezidensiya kimi seçmiş və onların tərtibatını Rafael Santiyə sifariş etmişdir [1].
"Afina Məktəbi" pontifikin iş kabineti hesab olunan Stanza della Segnatura otağının divarını bəzəyir [2].
"Afina Məktəbi" freskasında müxtəlif elm sahələrində tədqiqatlar aparmış alimlər və mütəfəkkirlər təsvir edilmişdir. Rafael əsərdəki obrazların hansı alimlərə məxsus olduğu haqqında qeydlər qoymamışdır [2]. Arxitektor və bioqraf Giorgio Vasari (oxunur Corco Vaza'ri; 1511 – 1574) "Afina Məktəbi"-ndəki personajların kimliyi haqqında hipotezlər irəli sürmüşdür. Hər obrazın məhz hansı tarixi şəxsə aid olduğu həmin obraza aid atributlarla da təxmin edilə bilər.
Personajların siyahısı[3]
[redaktə | vikimətni redaktə et]
- Kitiyalı Zenon və ya Eliyalı Zenon
- Epikür
- II Federiko Qonzaqa
- Boesius və ya Anaksimandr və ya Empedokl
- Averroes (İbn Ruşd kimi tanınır)
- Pifaqor
- Alkiviad və ya Makedoniyalı İsgəndər
- Antisfen və ya Ksenofon
- Hipatia (Rafaelin sevgilisinin, Marqaritanın üz cizgiləri)
- Esxin və ya Ksenofon
- Parmenid
- Sokrat
- Efesli Heraklit (portret Mikelanceloya bənzəyir)
- Platon
- Aristotel, Nikomax etikası kitabını əlində tutub
- Diogen
- Plotin
- Evklid
- Çox güman ki, Hipparx[4], digər versiyalarda Strabon və ya Zərdüşt
- Ptolemey
- Protoqen
- R — Apelles (Rafaelin üz cizgiləri)
Fraqmentlər
[redaktə | vikimətni redaktə et]- Kitiyalı Zenon və ya Eliyalı Zenon
- Epikur
- Makedoniyalı İsgəndər və Antisfen və ya Ksenofont
- Parmenid
- Eshin və Sokrat
- Heraklit Effesin obrazında Mikelancelo
- Leonardo da Vinçi Platon obrazında
- Diogen
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "MUSEI VATICANI". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-02.
- ↑ 1 2 The School of Athens, «Who is Who?» Arxivləşdirilib 2019-08-20 at the Wayback Machine, Michael Lahanas, hellenicaworld.com
- ↑ The School of Athens, «Who is Who?» Arxivləşdirilib 2019-08-20 at the Wayback Machine, Michael Lahanas, hellenicaworld.com (Yoxlanılıb 14 oktyabr 2010)
- ↑ Phil Norfleet (c) [1] Arxiv surəti 18 may 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Vikianbarda Afina məktəbi ilə əlaqəli mediafayllar var.
- http://www.rafaelsanti.ru/txt/6afschk.shtml