Afiyəddin Cəlilov — Vikipediya
Afiyəddin Cəlilov | |
---|---|
Afiyəddin Cəlil oğlu Cəlilov | |
1992 – 1994 | |
noyabr 1990 – aprel 1991 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Əkbər Əliyev |
aprel 1990 – 17 noyabr 1990 | |
Əvvəlki | Səkinə Əliyeva |
Sonrakı | vəzifə ləğv edilib |
yanvar 1990 – aprel 1991 | |
Əvvəlki | Heydər İsayev |
Sonrakı | Əkbər Əliyev |
1989 – yanvar 1990 | |
Əvvəlki | Heydər İsayev |
Sonrakı | Mirismayıl Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 1994 (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
| |
Afiyəddin Cəlilov (1 avqust 1946, Naxçıvan – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Erkən illəri
[redaktə | vikimətni redaktə et]Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir.
1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir.
İctimai-siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Afiyəddin Cəlilov 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.
Parlamentdə
[redaktə | vikimətni redaktə et]Afiyəddin Cəlilov 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini olmuş, ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak etmişdir. 1994-cü ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının vitse-prezidenti seçilmişdi. O, Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinin (bir neçə çağırış), Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.
Bişkek protokolu
[redaktə | vikimətni redaktə et]Afiyəddin Cəlilov 1994-cü il mayın 5-də Bişkekdə Bişkek protokolunun imzalanmasına Azərbaycan hakimiyyətindən göndərilmişdi.[1] Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə "DQR parlamentinin spikeri" kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri Parlamentlərarası Assambleya Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi.[1]
Təklif olunan protokolun imzalanmasında rəsmi Bakıya məlumat verilmişdi ki, atəşkəsin imzalanması yalnız Azərbaycanla Ermənistan arasında olacaq.[1] O zaman Rusiyanı bu prosesdə təmsil edən ATƏT-in Minsk Qrupunun həmsədri Vladimir Kazimirov imzalanmaya çıxardığı protokola qondarma "Dağlıq Qarabağ Respublikası"nın adını da əlavə etmişdir.[1] Bunu gördükdən sonra Afiyəddin Cəlilov Bişkekdən birbaşa Heydər Əliyevə zəng vurub vəziyyət haqqında məlumat verdi.[1] Heydər Əliyev də onun gecə geri dönməsini əmr etdi.[1] Həmin gün Afiyəddin Cəlilov da protokolu imzalamadan Azərbaycana geri qayıtdı.[1]
Sui-qəsd
[redaktə | vikimətni redaktə et]O, 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.[2] Afiyəddin Cəlilovun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin fikrincə, Afiyəddin Cəlilovun ölümünün əsas səbəbi Azərbaycanın altı rayonunun ermənilərə verilməsinin sirrini bilməsi idi.[3]
İrsi
[redaktə | vikimətni redaktə et]Naxçıvan şəhərində 12 saylı orta məktəb onun adını daşıyır.[4]
Bakının mərkəzində, həmçinin Şəkidə və Ucarda bir küçə onun adını daşıyır.
Ədəbiyyatda
[redaktə | vikimətni redaktə et]İsa Nəcəfovun 2002-ci ildə nəşr olunmuş povesti Gecə yarısı qətl Afiyəddin Cəlilov ilə Şəmsi Rəhimovun qətlinə və 1994, 1995-ci il hadisələrinə həsr olunmuşdur.[5][6]
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]2 Şərəf nişanı ordeni və medallarla təltif olunmuşdur.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 ""Bişkek Protokolu" – 20 ildir davam edən atəşkəs". karabakhinfo.com. karabakhinfo.com. 2017-03-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ "İki müəmmalı qətl". sputnik.az. sputnik.az. 2016-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ ""6 rayonu kimin verdiyini Afiyəddin Cəlilov bilirdi"". www.azadliq.info. www.azadliq.info. 2022-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ ""Hədəfim bu ali məktəbə qəbul olmaq olub"". anl.az. anl.az. 20 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ "Gecə yarısı qətl "Nağıllar Evi"nin məhsuludur". www.azadliq.info. www.azadliq.info. Archived from the original on 2023-08-26. İstifadə tarixi: 20 iyul 2016.
- ↑ Gecə yarısı qətl : povest / İ. Nəcəfov. — Bakı : Nağıl evi, 2002. — 533 s. ; 15x20 sm. — 1500 экз. — ISBN 9952-21-003-5 : Б. ц.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "Afiyəddin Cəlilovu da Hacı Məmmədov qətlə yetirib?" (az.). azadliq.info. 2011-06-21. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- "MTN-nin sabiq müstəntiqi «bomba partlatdı»" (az.). azadliq.info. 2011-08-06. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.
- "Heydər Əliyev Surət Hüseynovu 1 milyard dollara aldı" (az.). azadliq.info. 2011-08-07. 2015-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-16.