Ailə (film) — Vikipediya
Ailə | |
---|---|
Janr | dram |
Rejissorlar | Rüstəm İbrahimbəyov Ramiz Həsənoğlu |
Ssenari müəllifi | Rüstəm İbrahimbəyov |
Baş rollarda | Həsənağa Turabov Səyavuş Kərimi Svetlana Metkina Rafiq Əliyev Təhminə Məmmədova Nataliya Tağıyeva Mehriban Zəki |
Operatorlar | Valeri Kərimov Fikrət Əsgərov |
Bəstəkar | Cəfər Əliyev |
Rəssam | Şamil Nəcəfzadə |
İstehsalçılar | "Azərbaycanfilm" kinostudiyası "İbrus" Ltd "Mir-Telefilm" İYB |
İlk baxış tarixi | 1998 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 103 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 1998 |
Texniki məlumatlar | 10 hissə 2609 metr |
Rəng | rəngli |
IMDb | ID1198119 |
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər.
Məzmun
[redaktə | mənbəni redaktə et]XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Özünün bölünməzliyinə, kollektivçiliyə inam, böyüklərin kiçiklər üzərində hökmranlığı bu ailəyə xas olan xüsusiyyətlər idi.[1]
Müəlliflər göstərirlər ki, vaxtilə böyük və mehriban olan bu ailə necə dağılır, onun üzvlərindən hər biri, istər yaşlı olsun, ya da cavan, özünə kənarda necə yer axtarır. Hətta xasiyyətcə sərt və tərs adam olan ailə başçısı, qoca İsmayıl (Həsənağa Turabov) yenidənqurma başlayanda nə qədər çalışsa da ailə üzvlərini əvvəlki kimi bir dam altında saxlaya bilmir…[1]
Festivallar və mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1999-cu ildə Berlin Film Festivalında "Panorama" proqramı çərçivəsində nümayiş etdirilmişdir.
- 2000-ci ildə Moskvada III Avrasiya teleforumu film televiziya filmləri və proqramları yaradıcılıq müsabiqəsində diplom almışdır.[1]
- 2003-cü ildə Bakıda "Ən yaxşı səs rejissoru" nominasiyasında Əsəd Əsədova "Qızıl Çıraq" mükafatı verilmişdir.
- Film "Karlovı Varı", "Edinburq", "Monreal", "Hayfa", "Stokholm" və "Los-Anceles" festivallarında iştirak edib.[2]
- Film 17 yanvar 2010-cu ildə "İbrus" teatrında yenidən nümayiş etdirilib.[2]
Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]Rejissor: Rüstəm İbrahimbəyov, Ramiz Həsənoğlu Ssenarist: Rüstəm İbrahimbəyov Operator: Valeri Kərimov, Fikrət Əsgərov Rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Cəfər Əliyev
Rollarda
[redaktə | mənbəni redaktə et]Həsənağa Turabov — İsmayıl
Səyavuş Kərimi — Teymur
Svetlana Metkina — Alya
Rafiq Əliyev — Qarik
Təhminə Məmmədova — Rəna
Nataliya Tağıyeva — Sofiya Mixaylovna
Mehriban Zəki — Elmira
Fuad Poladov — mafiya başçısı
Cahangir Mehdiyev — Rüfət
Aqil M. Quliyev — İqor
Abbas Qəhrəmanov — Alyanın əri
Məbud Məhərrəmov — qaçqın
Filmi səsləndirənlər:
İlham Əsgərov — İsmayıl (Həsən Turabov) (titrlərdə yoxdur)
Sabir Məmmədov — qaçqın (Məbud Məhərrəmov) (titrlərdə yoxdur)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004, səh.362–365.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh.816.