Akif Nağı — Vikipediya
Akif Nağı | |
---|---|
Vəzifədədir | |
17 avqust 2022-ci ildən | |
Əvvəlki | Vəzifə təsis edildi. |
27 avqust 1993 – 17 avqust 2022 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Doğru Yol Partiyasının katibi | |
30 yanvar 1993 – 18 noyabr 1995 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Akif Nağı (13 avqust 1957, Ağdam rayonu) — azərbaycanlı siyasətçi, tarix elmlər namizədi, dosent; əvvəl Qarabağ Azadlıq Təşkilatının sədri, sonra isə Azad Vətən Partiyasının sədri.
Həyatı
[redaktə | vikimətni redaktə et]13 avqust 1957-ci ildə Ağdam rayonunun Papravənd kəndində anadan olub.
Orta məktəbi həmin kənddə bitirib daha sonra Bakıya gəlib. Bakıda 1 saylı evtikmə kombinatında işləmişdir. 1976–1978-ci illərdə Sovet ordusunda, Baltik flotunda xidmət etmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1982-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə daxil olub.
1985-ci ildə oranı bitirib, həmin ildən Azərbaycan Politexnik İnstitutun (indiki Texniki Universitet) tarix kafedrasında işləmişdir. 1991-ci ildə dissertasiya müdafiə etmiş, tarix elmləri namizədidir.
2004-cü ildə həmin universitetin dosenti olub.
İctimai-siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]2004-cü ilin iyun ayında erməni zabitlərinin Bakıya səfərinə etiraz olaraq aksiya keçirdib, həbs olunub. Həbsdə olduğu vaxt universitetdən uzaqlaşdırılır.
1993-cü ildə Qarabağ Azadlıq Hərəkatının İdarə Heyətinin üzvü, sonra həmsədri olub. 2000-ci ildə Qarabağ Azadlıq Hərəkatı Qarabağ Azadlıq Təşkilatına çevrilmişdir. Həmin zamandan təşkilatın sədridir.
15 may dövlət çevrilişinin ardından hakimiyyəti tam ələ alan Azərbaycan Xalq Cəbhəsi Ali Sovetin Rəyasət Heyətində dəyişikliklərə getmiş, Tamerlan Qarayev 18 may 1992-ci il tarixində Ali Sovetin sədrinin müavini vəzifəsindən azad edilərək sədrin birinci müavini seçilmişdir.[1][2] Çevrilişdən sonra yeni rəhbərlik prezident seçkiləri keçirmək qərarı almışdır. Bu dövrdə Azərbaycan Xalq Cəbhəsindən istefa verərək öz müşaviri və bacanağı Rasim Musabəyov ilə birgə iqtidaryönlü Doğru Yol Partiyasını təsis etmişdir.[3] Doğru Yol Partiyasının Təsis Konfransı 30 yanvar 1993-cü il tarixində keçirilmişdir. Konfransda Tamerlan Qarayev sədr, Rasim Musabəyov sədr müavini, Siyasi Şura üzvü, Akif Nağı isə partiyanın katibi seçilmişdir.[4][5]
Partiyanın təsisçisinin partiya fəaliyyətində iştirak edə bilməməsi, partiyanın təsirliliyinın azlıq təşkil etməsi kimi səbəblər partiyanın ləğv edilməsi məsələsini gündəmə gətirmişdir. Partiya rəhbərliyinin aldığı qərara əsasən Doğru Yol Partiyası 18 noyabr 1995-ci ildə keçirilmiş Müsavat Partiyası IV Qurultayında Müsavat Partiyasına birləşmişdir.[6]
Akif Nağı seçkilərdə namizədliyini 9 saylı Binəqədi ikinci seçki dairəsindən vermişdir.
- 1995-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — 804 səs — 3-cü yer
- 2000-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — 2090 səs — 2-ci yer
- 2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — 3050 səs — 2-ci yer
- 2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — 1800 səs — 2-ci yer
Akif Nağı uzun müddət Müsavat Partiyasının Məclis və Divan üzvü olub.[7]
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Biz qayıdacağıq (veriliş, 2007) (II)
İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ "Arxivlənmiş surət". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ "Arxivlənmiş surət". 2020-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ "Arxivlənmiş surət". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 346. ISBN 5-89600-253-x.
- ↑ ""Doğru Yol" Partiyası artıq Müsavata birləşib" - AÇIQLAMA". 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Akif Nağının bioqrafiyası Arxivləşdirilib 2011-11-17 at the Wayback Machine