Alban kitabələri — Vikipediya
Alban kitabələri — Qafqaz albanlarının erkən orta əsr epiqrafik abidələri.[1].
1948–1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı üzərində alban yazısı olan V–VI əsrlərə aid kitabələr tapılmışdır. Həmin dövrə aid xritian məbədindəki mehrabın üzərində (daşdan düzəldilmiş dördkünc xaç oturacağının pərvazında) həkk edilmiş yazı dövrümüzədək çatmış ən böyük kitabədir. Üzərində Alban yazısı olan gil şamdanlar və küp parçaları da aşkar edilmişdir. Alban kitabələri indiyədək xunmamışdır.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 293. ISBN 978-9952-441-02-4.
Əlavə ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Vəkilov R.M. Mingəçevir epiqrafik abidələrinin arxeoloji xarakteristikası. Azərb. SSR EA-nın Xəbərləri (ictimai elmlər seriyası). 1958 №4.