Aleksandr Şarovski — Vikipediya
Aleksandr Şarovski | |||||
---|---|---|---|---|---|
Aleksandr Yakovleviç Şarovski | |||||
| |||||
Doğum tarixi | 10 fevral 1948 (76 yaş) | ||||
Doğum yeri | |||||
Milliyyəti | Yəhudi | ||||
Həyat yoldaşı | |||||
Fəaliyyəti | aktyor, teatr rejissoru | ||||
Fəaliyyət illəri | 1967–h.h. | ||||
Teatr | Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı | ||||
Mükafatları | | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Şarovski (10 fevral 1948, Bakı) — Azərbaycan teatr rejissoru və aktyoru, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti (1998). Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Həyatı
[redaktə | mənbəni redaktə et]Aleksandr Yakovleviç Şarovski 1948-ci ildə Bakıda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmişdir.
1967-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olmuş, 1976-cı ildən isə S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında fəaliyyətinə davam edərək əvvəlcə bu teatrda aktyor, 1978–1990-cı illərdə rejissor assistenti, 11 iyun 1991-ci ildən quruluşçu rejissoru olmuşdur. 3 fevral 1993-cü ildən teatrın baş rejissorudur.
Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurmuşdur.
Onun aktyor rollarından: Don Quan (A. S. Puşkin "Kiçik traqediyalar"), Roland (D. Fletçer "Ukroşeniye ukrotitelya"), Rezo (L. Roseb "Premyera"), Eldar (R. İbrahimbəyov "Dom na peske"), Beriya (V. Korkiya "Moy bednıy Soso Cuqaşvili"), Şeyx Sənan (H. Javid "Şeyx Sənan"), Fərxad (S. Vurğun "Fərxad və Şirin"), Qenrix (U. Şekspir "Kral Lir"), Mehmandarov (M. İbrahimbəyov "Neft bumu") yaratdığı obrazları misal gətirmək olar.
A. Şarovski bundan başqa 4 filmdə çəkilmişdir. "Struktura momenta", "Qorxma, mən səninləyəm", "Prervannaya serenada", "Anekdot" kimi filmlərdə aktyor maraqlı rollar yaratmışdır.
Quruluşçu rejissor kimi fəaliyyəti yaradıcılığında "Leto i dım" T. Vilyams, "Xoçu kupit muca" M. Zadornov, "Lebedinaya pesnya" A. P. Çexov, "Kin IV" Q. Qorin, "Petlya" R. İbrahimbəyov, "Vtoroy vıstrel" R. Toma, "Çayka" A. P. Çexov, "Teatr" M. Freyn, "Ubiysa" Elçin, "Fərxad və Şirin" S. Vurğun kimi tamaşaları misal gətirmək olar.
A. Şarovski Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.[1]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 1998
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 20 mart 1987
- "Şərəf" ordeni — 9 fevral 2018
- "Şöhrət" ordeni — 5 fevral 2008
- "Dostluq" ordeni (Rusiya) — 11 may 2021
- "Puşkin" medalı (Rusiya) — 19 yanvar 2013
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005
- Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı — 26 iyul 2002
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 9 fevral 2023
- "Humay" mükafatı
- "Qızıl Dərviş" mükafatı
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Yarımçıq qalmış mahnı (film, 1979)
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) (rol: Feliks)
- Qorxma, mən səninləyəm
- Bağ mövsümü (film, 1985)
- Gənc qadının kişisi (film, 1988)
- Bir nəfər hamıya görə (film, 1989)
- Dundukley (film, 1986)
- Lətifə (film, 1989)
- Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
- Nigarançılıq (film, 1998)
- Bir anın həqiqəti (film, 2003)
- Hökmdarın taleyi (film, 2008)
- Sübhün səfiri (film, 2012)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-19.