Aleksandra Mollenhauer — Vikipediya

Aleksandra Mollenhauer
Boyu 1.83
Vətəndaşlığı
Doğum tarixi 4 may 1998(1998-05-04) (26 yaş)
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandra Coy Mollenhauer (ing. Alexandra Mollenhauer; 4 may 1998, Texas) – əslən amerikalı olan Azərbaycan basketbolçusu. "Estudiandes" basketbol klubunda və Azərbaycan milli 3x3 basketbol komandasında çıxış edir. İki dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdur.

Aleksandra Mollenhauer 4 may 1998-ci ildə ABŞ-nin Texas ştatında doğulmuşdur. Atası Skot Mollenhauer də basketbolçu olmuş, "Qala", "NTD" və "Aztop" kimi Azərbaycan klublarından çıxış etmiş, karyerasını başa çatdırdıqdan sonra Azərbaycanda qalaraq məşqçi kimi işləməyə başlamışdır.

5 yaşı olanda Mollenhauer ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. 5 yaşında atasının rəhbərliyi altında basketbol oynamağa başlamışdır.[1][2] Mollenhauer 18 yaşına qədər Azərbaycanda yaşadıqdan sonra ABŞ-yə köçmüşdür.[1]

Peşəkar karyerası

[redaktə | mənbəni redaktə et]

Mollenhauer 15–16 yaşında olanda Azərbaycan milli basketbol komandasının heyətinə cəlb olunmuşdur.[1]

Mollenhauer 2017-ci ildə Bakıda keçirilmiş III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının tərkibində qızıl medal qazanmışdır.[3] 2022-ci ilin avqustunda Konyada keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan milli komandasının tərkibində növbəti dəfə qızıl medalın qalibi olmuşdur.[4]

Mollenhauer 2024-cü ilin aprelində Honkonqda keçirilmiş 3x3 basketbol təsnifat turnirində Azərbaycan milli komandası ilə qalib olmuşdur. Nəticədə, Azərbaycan milli 3x3 basketbol komandası tarixində ilk dəfə olimpiya oyunlarında iştirak etmək hüququ əldə etmişdir.[4][5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mollenhauerin atası Skott Mollenhauer Azərbaycan milli basketbol komandasının köməkçi məşqçisidir.[6]

  1. 1 2 3 "История Александры Молленхауэр. Американка, которая выросла в Азербайджане, теперь выступает за сборную по баскетболу". 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  2. "Что известно о наших девушках, сотворивших историю". 2024-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-02.
  3. "Баскетболисты Азербайджана выиграли два золота на Исламиаде". 2024-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-03.
  4. 1 2 "Баскетболистки выиграли финал Исламиады. Бакинский дубль не повторился". www.azerisport.com (az.).
  5. "Azerbaijan basketball 3x3 Women's National Team for Paris 2024 Olympics Announced". FIBA. July 3, 2024.
  6. "Турецкий тренер будет готовить сборную Азербайджана к отбору ЕВРО-2025". www.azerisport.com (rus). 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.