Alfred Pfaff — Vikipediya
Alfred Pfaff | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 16 iyul 1926[1] | ||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 27 dekabr 2008[2] (82 yaşında) | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 1,75 m | ||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
|
Alfred Pfaff (16 iyul 1926[1] – 27 dekabr 2008[2]) – yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş alman futbolçusu[3] və 1954-cü ildə Qərbi Almaniya ilə Dünya Kubokunun qalibi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pfaff 1953-1956-cı illər arasında Qərbi Almaniya millisinin heyətində yeddi dəfə meydana çıxmış və iki qol vurmuşdur.
Karyerasının ən böyük uğru 1954-cü ildə İsveçrədə keçirilən Dünya Kubokunu qazanmasıdır. Pfaff ilkin mərhələdə 3-8 qələbə hesabı ilə bitən Macarıstan millisi ilə qarşılaşmada meydana çıxmış və 26-cı dəqiqədə qol vurmuşdur.
Peşəkar karyerasınən böyük hissəsini "Ayntraxt Frankfurt"da keçirən Pfaff həmin klub ilə 1959-cu ildə alman çempionatını qazanmışdır, 1960-cı ildə isə Çempionlar Kubokunun finalına yüksəlsə də, son oyunda "Real Madrid"ə məğlub olmuşdur. Pfaff əla topa nəzarəti və dəqiq sərbəst vuruşları ilə seçilirdi. "Ayntraxt" klubunda sərgilədiyi uğurlu oyununa baxmayaraq, milli komandada daha çox Frits Valter oynayırdı, buna görə də o, Qərbi Almaniya formasıyla cəmi 7 dəfə meydana çıxmışdır. 1954-cü ildə "Atletiko Madrid" ona 180.000 alman markı dəyərində transfer təklifini etsə də futbolçunun həyat yoldaşı Edit İspaniyaya köçməyə qarşı idi.[4] Ola bilsin ki, Pfaffın ən böyük oyunu “Reyncers”ə qarşı 6-1 hesabı ilə başa çatan Avropa Kubokunun 1959-1960-cı yarımfinalının ilk oyunu olmuşdur, Qlazqoda keçirilən cavab qarşılması isə “Ayntraxt Frankfurt”un 6-3 hesablı qələbəsi ilə başa çatmışdır. O, karyerasını 1962-ci ildə 36 yaşında bitirdi.
İdman karyerası ilə yanaşı, Pfaff otel sahibi idi və Frankfurtda Hauptvaxe yaxınlığında bir barı var idi. 1960-cı illərdən bəri o, Morretal şəhərində otel və bar sahibi kimi fəaliyyət göstərirdi.[5]
Nailiyyətləri
[redaktə | mənbəni redaktə et]- Almaniya çempionu: 1958–59
- Çempionlar Kuboku: finalçı 1959–60
- Oberliqa Süd: 1952–53, 1958–59; finalçı olduğu illər - 1953–54, 1960–61
- FIFA Dünya Kuboku: 1954
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Alfred Pfaff // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 https://www.spiegel.de/sport/fussball/0,1518,598551,00.html.
- ↑ "Pfaff, Alfred" (German). kicker.de. 6 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 March 2012.
- ↑ Bitter, Jürgen. Deutschlands Fußball Nationalspieler, Sportverlag, 1997, p. 504.
- ↑ "Eintracht Frankfurt trauert um Alfred Pfaff". eintracht.de (German). 29 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 January 2009.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Alfred Pfaff profil Fussballdatendə