Altı ox — Vikipediya

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) bayrağı.

Altı ox (türk. Altı Ok) — Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) simvolu və bayrağı. Oxlar Türkiyənin qurucu ideologiyası olan kamalizmin təməl sütunlarını təmsil edir.[1] Bunlar respublikaçılıq, populizm, milliyətçilik, laisizm, etatizmreformizmdir.[2] Oxların Türkiyə təhsil sisteminə mühüm töhfələr vermiş türk alimi[3] İsmayıl Haqqı Tonquç tərəfindən hazırlandığı güman edilir.[4] Altı ox prinsipləri 5 fevral 1937-ci ildə Türkiyə Konstitusiyasına əlavə edilmişdir. 1938-ci ilin avqust ayından etibarən bayraq bütün rəsmi binalarda qaldırılmışdır.[5]

  1. Vahram Ter-Matevosyan. "Turkey, Kemalism and the Soviet Union: Problems of Modernization, Ideology and Interpretation." 2019. London & New York: Palgrave Macmillan
  2. Solak, Mustafa. "Altı Ok Anayasa'ya nasıl eklendi?". Aydınlık (türk). 2018-02-05. 2018-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  3. "İsmail Hakkı Tonguç kimdir?". www.biyografi.info. 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  4. 1930’lar Türkiye’sinde Kemalizm Algılamaları Arxivləşdirilib 2014-02-11 at the Wayback Machine, Hakkı Uyar
  5. Kreiser, Klaus. Die Geschichte der Türkei. München: C.H. Beck. 2012. səh. 51. ISBN 9783406640667.