Amortizasiya (mühasibat) — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Aktivlərin faydalı xidmət müddəti ərzində amortizasiya dəyərinin müntəzəm surətdə azalması deməkdir.
Amortizasiya ayırmaları
[redaktə | mənbəni redaktə et]Mühasibat uçotunda mənəvi və fiziki aşınma nəticəsində əsas vəsaitlərin dəyərinin müəyyən hissəsinin istehsal olunan əmtəənin (işin, xidmətin)dəyərinə keçirilməsi. Bəzən bu ayırmaların norması lazım olduğundan artıq götürülür və sürətli amortizasiya baş verir.
Amortizasiya edilən əmlak
[redaktə | mənbəni redaktə et]Faydalı istifadə müddəti bir ildən, dəyəri isə qanunvericiliklə müəyyən olunan həddən artıq olan əmlak.
Amortizasiya qrupları
[redaktə | mənbəni redaktə et]Amortizasiya edilən əmlakın istismar müddətlərinə görə bölünən qrupları.
Amortizasiya olunan əmlakın ilkin dəyəri
[redaktə | mənbəni redaktə et]Büdcədən əvəzləşdirilən vergilər, habelə qanunvericiliyə uyğun olaraq, gəlirdən çıxıla bilən xərclər istisna olmaqla əsas vəsaitlərin alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclərin məcmusu.
Mənbə
[redaktə | mənbəni redaktə et]" Vergi ensiklopediyası", Bakı 2013, Azərbaycan Respublikası Vergilər Nazirliyi.