Aqrar-sənaye kompleksi — Vikipediya
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər.
Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir:
- Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir.
- Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s.
- Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr.
- Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.
Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir.
Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır:
- Gübrə istehsalı.
- Kimya sənayesi.
- Meşə təsərrüfatı ( taxta istehsalı, gübrə istehsalı, yem istehsalı).
- Nəqliyyat sahəsi.
- Kənd təsərrüfatı üçün yüngül sənaye.